Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ramiz Mehdiyev demişdi ki, prezident olmaq istəyirəm - VİDEO

Ramiz Mehdiyev demişdi ki, prezident olmaq istəyirəm - VİDEO

Ramiz Mehdiyev demişdi ki, prezident olmaq istəyirəm - VİDEO
2025-10-15 , 10:57

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti akademik Ramiz Mehdiyev barədə Səbail Rayon Məhkəməsi tərəfindən 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.


R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.

Yenilik.az-ın modern.az-a istindla məlumatına görə, bir neçə gün əvvəl Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “MediaTürk TV”nin efirində qonaq olarkən Ramiz Mehdiyev barədə danışıb.

O qeyd edib ki, Ramiz Mehdiyev çox böyük səlahiyyət sahibi idi, çoxları onu görəndə əllərini cibindən çıxarıb küncdə dayanan, yaxud onun tapşırıqlarını gözləyən və eşidən insanlardan ibarət idi.

"Ramiz Mehdiyev demişdi ki, gəlib prezident olmaq istəyirəm. Moskva onu prezident eləmək istəyirdi. Prezidenti isə xalq seçməlidir. Xalqın etimadı da Heydər Əliyevə idi. Heydər Əliyevin siyasi kursunu davam etdirən hakimiyyətə gəlməliydi. Digərlərinin əksinə olaraq mən Ramiz Mehdiyevin üzərinə getdim. Qəzetlərin birində onu açıq şəkildə xəyanətkar adlandırdım. Biz 20 Yanvarda o qədər şəhid verdik ki, yenidən Kremlin boyundurağı altına girək?", - Fəzail Ağamalı bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.