Ramiz Mehdiyevdən sonra daha kimlər həbs oluna bilər? - SİYAHI
Xəbər verdiyimiz kimi, ötən gün Səbail Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barədə ev həbsi qərarı verib. Akademik dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdə, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada ittiham olunur.
Yenilik.az Teleqraf-a istinadən xəbər verir ki, ölkə gündəmini əhatə edəcək həbslərin davamı gələ bilər.
Hər halda özünü “boz kardinal” kimi təqdim edən Mehdiyev dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdə ittiham olunursa, aydın məsələdir ki, o, 87 yaşında bu işə tək tamah salmayıb.
Prosesə rəhbərliyi Ramiz Mehdiyevin etdiyi heç kimdə şübhə doğurmur. 24 il PA rəhbəri olan akademikin bunun üçün kifayət qədər kadrları olub ki, zaman-zaman onlar barədə də mətbuatda yetərincə məlumatlar dərc olunub.
Bəs, onlar kimlərdir?
Digər ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda son dönəmlərdə adları hallanlar da iri ranqlı sabiq məmurlardır. Söhbət Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovdan, ləğv edilmiş MTN-in rəisi Eldar Mahmudovdan, eks-mədəniyyət naziri Əbülfəs Qayarevdən, Milli Məclisin sabiq sədri Oqtay Əsədovdan, PA-nın sabiq şöbə müdiri Əli Həsənovdan və Vətən Müharibəsi zamanı vəzifəsindən uzaqlaşdırılan Qərargah rəisi Nəcməddin Sadıkovdan gedir.
Ölkəmizdə ictimai-siyasi proseslərə təsir göstərməyə çalışdığı bildirilən bu şəxslərin qruplaşmasında Elşad Mirbəşir kimi keçmiş deputatların da olduğu söylənilir.
Onlardan Eldar Mahmudov, Oqtay Əsədov, sirrə qədəm basan Elşad Mirbəşir, Nəcməddin Sadıkov uzun müddətdir ki, görünmür. Əbülfəs Qarayevlə Elmar Məmmədyarov isə ara-sıra ictimaiyyət arasında görünsə də, onlar da səsləndirilən ciddi iddiaları və ittihamları sadəcə, yüngül formada təkzib etməklə kifayətlənirlər.
Hansı ki, Ramiz Mehdiyev daha öncə onun barəsində səsləndirilən bu ittihamları “axmaq söz-söhbət” adlandırmışdı. İndi o, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbət edib onları suallarını cavablandırmalı olacaq.
Elmar Məmmədyarov isə daha öncə Teleqraf-a açıqlamasında onu Moskva ilə əlaqələndirmək üçün heç bir tutarlı səbəb və əsas olmadığını bildirmişdi.
Hər halda adıçəkilən şəxslərin Vətən müharibəsi dönəmində, xüsusilə gərgin zamanda vəzifədən uzaqlaşdırılması ciddi məqamlardan xəbər verir. Məntiqli suallar yaranır axı: həmin dönəmlərdə ən vacib postu - XİN rəhbəri vəzifəsini daşıyan Elmar Məmmədyarov niyə evdən işləyirdi? Nəcməddin Sadıkov müharibənin başlanğıcında - oktyabr ayında vəzifədən niyə uzaqlaşdırıldı? Kiçik fiqur olsa belə, Elşad Mirbəşir Sosial Tədqiqatlar Mərkəzindən hara yoxa çıxdı? Əli Həsənov niyə üzə çıxmır? Oqtay Əsədov haralardadı, ictimaiyyətdə niyə görünmür?
Qeyd edək ki, Ramiz Mehdiyevin komandası ilə birgə mərhum gənclər və idman naziri Azad Rəhimovun da adı hallanıb. Son dönəmlərdə Bakıda “Rus Evi”nin təşkil olunmasında isə Azad Rəhimovun qaynı olduğu bildirilən Elçin Həsənov iştirak edib ki, bu iş adamının da şəbəkə üzvü olmasına dair ciddi iddialar var.
Onu da xatırladaq ki, ötən ilin sonlarında Hesablama Palatasından daxil olmuş material əsasında Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. 2020–2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılıb. Bəzi epizodlarda ibtidai istintaq yekunlaşıb, cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. AMEA-ya 2019-2022-ci illərdə Ramiz Mehdiyev rəhbərlik edib.

Ramiz Mehdiyevin xəyanət dosyesi...
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Ramiz Mehdiyevin xəyanət komandası: Rusiyanın Bakıda qurduğu 5-ci kolon ləğv edilir, daha kimlər həbs ediləcək...
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Siyahı
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
“Ramiz Mehdiyevin mənə nə dəxli var?” – Əli Həsənov danışdı
Ramiz Mehdiyev dövlət çevrilişini kimlərlə etmək istəyirmiş?
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55