Ramiz Mehdiyev vəfat etsə, milyonluq mülkləri kimə qalacaq? - Vəkil açıqladı
Xəbər verdiyimiz kimi, uzun illər rəhbər vəzifələrdə çalışan, 25 il Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev barsəində 4 aylıq ev dustaqlığı tədbiri seçilib.
Cinayəti sübuta yetiriləcəyi halda Ramiz Mehdiyevin əmlakının müsadirə edilməsi də baş verə bilər, çünki ittiham olunduğu 193-1.3.2-ci maddə əmlakın müsadirəsini də nəzərdə tutur.
Bəs 87 yaşlı Ramiz Mehdiyev vəfat etsə, onun mülklərinin aqibəti necə olacaq?
AZXEBER.COM bu sualla Vəkillər Kollegiyasının üzvü Roman Qaraşova müraciət edib.
"Əgər şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı leqallaşdırıbsa və daha sonra vəfat edibsə, belə halda həmin əmlakın vərəsəlik qaydasında keçməsi necə tənzimlənir?" sualına vəkil belə cavab verib:
"Hüquq çox dəqiq prinsipə əsaslanır: vərəsəlik hüququ yalnız qanuni yolla əldə edilmiş əmlaka münasibətdə yaranır. Başqa sözlə, qanunsuz gəlir nə qədər gizlədilsə, investisiya və ya daşınmaz əmlak formasında "rəsmiləşdirilsə” belə, onun mənşəyi qanunsuzdursa — o, hüquqi mənada "miras” deyil.
Mülki Məcəllə aydın şəkildə bildirir ki, vərəsəlik yalnız "ölmüş şəxsin mülkiyyətində olmuş əmlaka” şamil edilir. Amma burada əsas məsələ "mülkiyyət” sözünün qanuni mənşə ilə bağlı olmasıdır. Əgər həmin əmlak cinayət yolu ilə əldə olunub və sonradan "çirkli pulların yuyulması” əməliyyatları ilə leqallaşdırılıbsa, burada artıq mülkiyyət hüququnun legitimliyindən söhbət gedə bilməz.
Cinayət Məcəlləsində bu cür əməl ayrıca cinayət tərkibi kimi tanınır. Yəni, leqallaşdırılmış olsa da, bu əmlakın kökü qanunsuzdur. Hüquq elmi bunu "transformasiya olunmuş cinayət gəliri” adlandırır — yəni, zahirən təmiz görünən, amma mənşəcə cinayət xarakteri daşıyan əmlak.
Belə halda hüquq sadə məntiqə əsaslanır: "Heç kəs özündə olmayan hüququ başqasına verə bilməz".
Əgər şəxs cinayət yolu ilə əldə etdiyi əmlak üzərində qanuni hüquqa malik deyildirsə, bu əmlakın vərəsələrə keçməsi də hüquqi nəticə doğurmur.
Daha konkret desək, vəfat etmiş şəxsin mülkiyyətində bu cür əmlak varsa və hüquq-mühafizə orqanları (məsələn, Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və ya Maliyyə Monitorinq Xidməti) müəyyən edərsə ki, onun mənşəyi cinayətkardır, dövlət həmin əmlakı müsadirə edir. Bu zaman həmin əmlak vərəsəlik predmetindən çıxarılır — yəni, miras əmlaka daxil edilmir və nəticə etibarilə vərəsəlik hüququ bu hissədə yaranmır.
Vərəsələr yalnız qanuni yolla əldə edilmiş, mülkiyyət hüququ təsdiqlənmiş əmlaka vərəsə ola bilərlər. Əgər vərəsəlik prosesi başladıqdan sonra belə dövlət bu əmlakın cinayət mənşəli olduğunu sübuta yetirərsə, vərəsələrə keçmiş paylar belə geri alınır. Bu, hüquq nəzəriyyəsində qanunsuz yolla əldə edilmiş əmlakın dövriyyədən çıxarılması adlanır — yəni, dövlət hüquqi və mənəvi ədaləti bərpa edir.

Vəkil beynəlxalq təcrübə haqda da danışıb:
"Beynəlxalq təcrübə də bu yanaşmanı dəstəkləyir. Avropa İnsan Hüquqları Məhkəməsi "Arcuri və digərləri İtaliyaya qarşı” (2001) və "Phillips Birləşmiş Krallığa qarşı” (2001) qərarlarında açıq şəkildə bildirib: cinayət gəlirlərinin müsadirəsi "qanuni mülkiyyətə müdaxilə” deyil, "qanunsuz mülkiyyətin ləğvi”dir. Yəni, burada məqsəd kimisə cəzalandırmaq deyil, ədaləti bərpa etmək və cinayət nəticəsində yaranmış iqtisadi təhrifləri aradan qaldırmaqdır.
Əgər əmlak qanunsuz yolla qazanılıbsa, onu leqallaşdırmaqla "təmizləmək” mümkün deyil — qanunsuz əmlakın mirası yoxdur.
Beləliklə, cinayət yolu ilə əldə edilmiş və sonradan formal leqallaşdırılmış əmlak hüquqi mənada "mülkiyyət” sayılmadığı üçün, onun vərəsəlik qaydasında ötürülməsi qanuni və mənəvi cəhətdən istisna edilir. Əgər belə əmlak vərəsələrə keçibsə, dövlət onun geri qaytarılması (restitusiya) və müsadirə mexanizmlərini tətbiq edə bilər".
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Ramiz Mehdiyevin milyardları üzə çıxdı
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Ramiz Mehdiyev bu cinayətləri tək törətməyib! – Hafiz Hacıyev adlar AÇIQLADI
Ramiz Mehdiyevin xəyanət dosyesi...
Toxunulmaz şəxs yoxdur! – Deputatlardan Mehdiyev olayına REAKSİYA
Ramiz Mehdiyevin xəyanət komandası: Rusiyanın Bakıda qurduğu 5-ci kolon ləğv edilir, daha kimlər həbs ediləcək...
“Boz kardinal” evdə nələri edə bilməz?
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Ölkəmizdə vəkillərin sayı 2609 nəfərə çatdı
Ramiz Mehdiyevin medal və odenləri əlindən alınacaq?
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55