Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Fəzail Ağamalı Ramiz Mehdiyevin həbsindən danışdı: “O xain şəbəkə…”

Fəzail Ağamalı Ramiz Mehdiyevin həbsindən danışdı: “O xain şəbəkə…”

Fəzail Ağamalı Ramiz Mehdiyevin həbsindən danışdı: “O xain şəbəkə…”
2025-10-15 , 16:33

Ramiz Mehdiyev və onun ətrafı, o böyük xain şəbəkə uzun illər boyu Azərbaycan dövlətçiliyinə xələl gətirib. Əminəm ki, onlar hamısı layiqli cəzalarını alacaqlar.

Bu sözləri Tribunainfo.az-a sabiq deputat Fəzail Ağamalı bildirib. O qeyd edib ki, irəli sürülən ittihamların hamısı doğrudur və sübut olunacaq:
“Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlarla tanışam. İttihamlar özündə tam həqiqəti ehtiva edir. Nəhayət həqiqət zəfər çalır. Ramiz Mehdiyev və onun ətrafı, o böyük xain şəbəkə uzun illər boyu Azərbaycan dövlətçiliyinə xələl gətirib, ziyan vurub. Bu xain dəstə tam əminəm ki, tezliklə ifşa olunacaq və onlar hamısı layiqli cəzalarını alacaqlar”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.