Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakıda məşhur klinikanın külli miqdarda borcu üzə çıxdı

Bakıda məşhur klinikanın külli miqdarda borcu üzə çıxdı

Bakıda məşhur klinikanın külli miqdarda borcu üzə çıxdı
2025-10-21 , 16:34

Bakıda fəaliyyət göstərən “İstanbul NS” klinikasının külli miqdarda vergi borcu yaranıb.


Yenilik.az Teleqraf-a istinadən xəbər verir ki, hazırda klinikanın dövlətə 77 750 manat vergi borcu var.

Sözügedən klinika daha öncə İnzibati Xətallar Məcəlləsinin tələblərini pozduğuna görə məhkəməlik olub. Belə ki, klinika barədə ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktiki tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına dair iddia qaldırılıb.

Qeyd edək ki, “İstanbul NS” klinikasının qanuni təmsilçisi Azər Qənbər oğlu Nəsirovdur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.