Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ramiz Mehdiyevin adamı olduğu deyilən deputat DANIŞDI: “İkimiz də sovet adamlarıyıq”

Ramiz Mehdiyevin adamı olduğu deyilən deputat DANIŞDI: “İkimiz də sovet adamlarıyıq”

Ramiz Mehdiyevin adamı olduğu deyilən deputat DANIŞDI: “İkimiz də sovet adamlarıyıq”
2025-10-21 , 16:53

Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ramiz Mehdiyevlə bir çox sabiq dövlət adamlarının, həmçinin millət vəkillərinin əlaqəsi olduğu iddia edilir. Onunla əlaqəsi olduğu bildirilən deputatlardan biri də Rasim Musabəyovdur. 


Məsələ ilə bağlı deputat Rasim Musabəyov Demokrat.az-a bildirib ki, səsləndirilən fikirlər doğru deyil:

“Kimin ağlına nə gəlir, danışır. Son 10 ildə Ramiz Mehdiyevlə heç üz-üzə gəlib salamlaşmamışıq. hansı münasibətdən danışmaq olar? 

Təbii ki, ikimiz də sovet adamlarıyıq, bir-birimizi tanıyırıq. Amma hansısa şəxsi təmaslarımız olmayıb. Üz-üzə 4-5 dəfə gəlmişik, ya yox”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.