Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ramiz Mehdiyevin gəlini iddialarla bağlı DANIŞDI  

Ramiz Mehdiyevin gəlini iddialarla bağlı DANIŞDI  

Ramiz Mehdiyevin gəlini iddialarla bağlı DANIŞDI  
2025-10-22 , 15:40

Ramiz Mehdiyevin Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri, bölmə rəhbəri olan gəlini Nigar Mehdiyevanın işə çıxmaması ilə bağlı məlumat yayılıb.


Manset.az məsələni dəqiqləşdirmək üçün Nigar Mehdiyeva ilə əlaqə saxlayıb. O, hazırda iş başında olduğunu bildirib:
"Mən işdəyəm. Hazırda iclasdayam. Bu məsələlərə şərh vermək istəmirəm"– deyə Nigar Mehdiyeva qeyd edib.
Əməkdaşımızın qayınatası Ramiz Mehdiyevlə bağlı sualını isə Nigar Mehdiyeva cavablandırmaqdan imtina edib və telefon zəngini sonlandırıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.