Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İcra başçısının oğluna yüksək vəzifə verildi

İcra başçısının oğluna yüksək vəzifə verildi

İcra başçısının oğluna yüksək vəzifə verildi
2025-10-24 , 15:50

Dövlət Turizm Agentliyinə yeni aparat rəhbəri təyin edilib.

Yenilik.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.
Aparat rəhbəri postuna Əliyev Kənan Firdovsi oğlu gətirilib. K.Əliyev hazırki təyinatadək Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (UN Tourism) İspaniyanın Madrid şəhərindəki Baş ofisində işləyib.
Qeyd edək ki, K.Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevin oğludur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.