Ramiz Mehdiyev komandası hücuma keçdi, İKİ DEPUTAT İFŞA EDİLDİ
Ana Vətən Partiyasının qurultayında baş verənlər, partiyanın qurucusu, siyasi quruma uzun illər rəhbərlik etmiş Fəzail Ağamalının sədrliyi deputat qızı Günay Ağamalıya ötürə bilməməsi, oğlu Elçin Ağamalı ilə aralarında yaşanan qalmaqal ətrafında müzakirələr davam edir.
Bununla paralel olaraq digər YAP-çı deputat, siyasi elmlər doktoru, professor Elman Nəsirovun birinci nikahdan olan qız övladının sosial şəbəkədə müraciət yayması və atasını ittiham etməsi də müşahidə edildi ki, bəziləri bu hadisələr arasında artıq “ümumi əlaqə” tapmağa çalışırlar.
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd maddələri ilə suçlanması və barəsində ev həbsi qərarı verilməsindən sonra onun əleyhinə ən çox danışan Fəzail Ağamalı oldu və bu da təsadüfi deyil. Çünki Fəzail Ağamalı hələ 2000-ci illərdən, Ramiz Mehdiyevin faktiki olaraq ölkənin ikinci adamı statusunda olduğu vaxt ona qarşı mübarizə aparmış və ictimai şəkildə PA rəhbərini kəskin tənqi etmişdi. Fəzail Ağamalı nadir şəxslərdən idi ki, R.Mehdiyevi öz komandasına və xidmət etdiyi liderə xəyanətdə də ittiham etmişdi.Bütün bu çıxışlar hazırda “Ramiz Mehdiyev əleyhinə danışmaq haqqına sahib olan azsaylı şəxslərdən biri” kimi bütün diqqəti Fəzail Ağamalının üzərinə yönəldib və AVP sədri də bundan qətiyyən imtina etmir, bir çox məqamları, yaxın tarixdə baş verənləri yenidən xatırladır.
Elman Nəsirovun isə əksinə, Ramiz Mehdiyevin birbaşa dəstəyi və yardımı ilə siyasi karyera qurduğu haqda müəyyən iddialar mövcuddur. Elman Nəsirov həmçinin YAP-dan seçilən deputatlar arasında hazırlıqlı, polemika qabiliyyəti ilə seçilən şəxsdir və buna görə də Ramiz Mehdiyev ətrafında gedən müzakirələrdə istər-istəməz sualları və ittihamları cavablandırmalı olur.Baxmayaraq ki, E.Nəsirov indiyə qədər R.Mehdiyev haqda sərt ifadələr işlətməyib, bəzi konspiroloji yanaşmalar artıq sosial şəbəkələrdə də yayılmaqdadır. İddia edilir ki, həm Fəzail Ağamalı, həm də Elman Nəsirovla bağlı baş verənlər qəsdən seçilib və bu, hər iki “düşərgəyə” – həm Ramiz Mehdiyevlə uzun müddət mübarizə aparan və hazırda da sözü üzünə deyənlər, həm də Ramiz Mehdiyevin sayəsində karyera quran, ancaq indi siyasi konyekturaya uyğun olaraq PA-nın sabiq rəhbəri haqda sərt ifadə işlədənlərə dolayısı xəbərdarlıqdır.
Bildirilir ki, bu, Ramiz Mehdiyevin pulu ilə fəaliyyət göstərən komandasının ilk hücumudur. Məqsəd hər iki tərəfə onlara aid kompromatlara sahib olmasını və yaxud hazırda da onların siyasi fəaliyyətinə təsir etmək gücünü nümayiş etdirmək, beləliklə də onların R.Mehdiyev haqda danışmasına imkan verməməkdir.Fəzail Ağamalı ilə bağlı baş verənlərin timsalında hallanan ehtimal bir qədər şübhəli görünə bilərdi, çünki “opponent” öz oğludur. Ancaq Fəzail Ağamalının 1996-cı ildə parlamentdə Sankt-Peterburqa səfər heyətindən çıxarılmasına etiraz etdiyi çıxışının tapılması, “7 gün” qəzetinin 29 ildən sonra həmin informasiyanı dərc etdiyi hissəsinin paylaşılması sanki bu proseslər arasında konspiroloqlara yeni fürsət və imkan verir. Bu şübhəyə sovet illərində MK-nın ideoloji katibi olan Ramiz Mehdiyevin Gəncəyə səfəri zamanı onu Fəzail Ağamalının qarşılamasını əks etdirən fotonun indi yenidən gündəmə gəlməsini də əlavə etmək olar.
Ona görə də bəziləri bu “ifşa”ların davam edəcəyini də istisna etmir.
OXŞAR XƏBƏRLƏR

Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib – ŞOK
Ramiz Mehdiyevin xəyanət dosyesi...
Media nümayəndələri təltif edildi - Siyahı
Yoqa, gilas, Qaçaq Nəbi... - Nə ilə yadda qalıblar?
“Oqtay Əsədov dedi ki, Ramiz Mehdiyev sənin əleyhinədir...”
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Mehdiyevin hakimiyyətdə gizlənən komandası: KİMLƏRDİR?
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55