Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Bolmart"da təcili YOXLAMA - Adnan Əhmədzadə ilə əlaqəsi var

"Bolmart"da təcili YOXLAMA - Adnan Əhmədzadə ilə əlaqəsi var

2025-10-27 , 17:34

"Bolmart" marketlər şəbəkəsində yoxlama aparılır.


Yenilik.az bakuplus.az-a istinadla xəbər verir ki, yoxlama hazırda "Bolmart"ın Səməd Vurğun küçəsi yerləşən filialında keçirilir.

Mühafizə orqanları tərəfindən yoxlama aparıldığı üçün supermarketin fəaliyyəti dayandırılıb və bütün işçilər çölə çıxarılıb.

Mənbədən verilən xəbərə görə, "Bolmart" marketlər şəbəkəsinin bir müddət əvvəl həbs edilən məşhur iş adamı, SOCAR-ın keçmiş departament rəhbəri Adnan Əhmədzadə ilə əlaqəsi var.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.