Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Yuliya Pasternak bu dövlət qurumunda yüksək vəzifəyə təyin edildi

Yuliya Pasternak bu dövlət qurumunda yüksək vəzifəyə təyin edildi

Yuliya Pasternak bu dövlət qurumunda yüksək vəzifəyə təyin edildi
2025-10-29 , 16:24

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatının rəhbəri vəzifəsinə yeni təyinat olub.


Manset.az-ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə Yuliya Pasternak “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatının rəhbəri vəzifəsinə təyin edilib.
Yuliya Pasternak 2020–2025-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Maliyyə departamentinin rəhbəri, daha sonra isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Maliyyə şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.
Yuliya Pasternak Bakı şəhərində anadan olub. Ali təhsilinin bakalavr dərəcəsini Bakı Dövlət Universitetində İnzibati idarəetmə ixtisası üzrə, magistr dərəcəsini isə Maliyyə menecmenti üzrə alıb.
Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri vəzifəsini bundan öncə Fuad Xəlilov icra edib. O, İdarə Heyətinin üzvü təyin olunmasından sonra bu vəzifəsindən gedib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.