Film çəkilişində QALMAQAL: "Sanitar qovşağı bir dənə idi..."
Astara rayonunda "Vitamin" filminin çəkilişi zamanı hoteldə dava düşüb. Bu barədə "Qaynarinfo"ya açıqlamasında Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Nuranə Vaqifqızı məlumat verib.
O bildirib ki, hoteldə bütün heyətin qarşısında filmin rejissoru Faiq Nağıyev ona "aravuran" deyib:
"Heç nəyin üstündə mənimlə dava edib, dayanmadan da məni şərləyir, demədiyim sözləri boynuma qoyur. Mənə "Vitamin" filmində rol verdi. Qəbul etdim və çəkilişlərə razı oldum. Çəkilişlər iki rayonda - İsmayıllı və Astarada aparılmalı idi. Birinci çəkiliş İsmayıllıdan başladı və orada heç bir problem yaşamadıq. Amma bütün problemlər Astara rayonunda aparılan çəkilişlər zamanı başladı. Bizə hotel əvəzinə, hostel təklif olundu, bütün əməkdaşlar üçün sanitar qovşağı bir dənə idi. Əslində, bu belə planlaşdırılmamışdı, amma çəkiliş xətrinə razılaşdıq.
Yuxarı qalxıb rejissorun otağını görəndə baxdım ki, onların qaldığı otaqların şəraiti bizimkindən qat-qat yaxşıdır. Otaqlarda sanitar qovşağı və s. var, amma mən bunu çəkiliş heyətinə demədim. Xalq artisti Naibə Allahverdiyeva etiraz etdi ki, belə şəraitdə qala bilmirəm, özümü pis hiss edirəm. Onlar da dedilər ki, qalxın, rejissorların otağında sanitar qovşağı var, oradan istifadə edin. Naibə xanım onların otağını görəndə əsəbiləşdi ki, "bu, nə ayrı-seçkilikdir. Niyə özlərinə yaxşı otaq, bizə isə bərbad şəraitli otaq veriblər? Mən bunlardan sənətdə də, yaşda da böyüyəm, niyə bu şəraitdə qalmalıyam?" Həmin vaxt mən də narazılığımı bildirdim. Amma nə qədər etsək də, onlar bizi dinləmək istəmirdilər, dedilər ki, çəkilişdən sonra hoteldə tədbir var, ondan sonra baxarıq.
Onlar bizi eşitməyib, yola verdiklərinə görə Naibə xanım da əsəbiləşib ağlamağa başladı. Mən də onu belə qoyub tədbirə düşə bilmədim. Axırda Naibə xanım dedi ki, paltarlarını yığ, mən maşın tuturam, bizi Bakıya aparsın. Paltarları yığıb pilləkəndən enəndə Faiq bizi gördü. Gəldi Naibə xanıma dedi ki, "etməyin, eləməyin, çəkiliş var, filan". Mən də kənarda dayanmışam. Birdən başını qaldırıb üzünü mənə tutdu ki, hər şey sizin başınızın altından çıxıb, siz aravuransınız, deyib üstümə cumdu".
O bildirib ki, 20 ilin aktrisası olaraq bunu özünə təhqir hesab edib: "Bu nə təhqirdir? Özümü çox hiss etdim. Faiq mənimlə belə davrandı. Bunu belə qoymayacağam. Filmdəki işimi dayandırdım. Məni ölümlə təhdid edən adamın yanında qala bilmərəm. Burada şiddət, hədə-qorxu, təhqir, təhdid var. Nəyə görə? Burada mənim heç bir günahım olmayıb".
Aktrisa Faiq Nağıyevin onu ölümlə necə təhdid etdiyini deyib:
"Mənə dedi ki, işlərimi qurtarım, səni Bakıya özüm aparacağam, yolda da maşını çevirib səni öldürəcəyəm. Məsələ ilə bağlı "102" xidmətinə zəng etdim, məlumat verdim. Artıq Astara Rayon Polis Şöbəsində araşdırma gedir".
Məsələ ilə bağlı Faiq Nağıyevin fikirləri də öyrənilib. Rejissor aktrisaya "aravuran" dediyini təsdiqləyib: "Dedim, onlara yalvardım ki, getməyin, bir səhnə var, onu çəkək, sonra gedin. Dedilər, yox ki, yox. Əsəbiləşdim, dedim ki, Nuranə, sən elədin, aravuranlıq etdin. Fakt odur ki, edirdi. Qaldı ki, onu ölümlə hədələməyimə, dedim ki, oturun mənim maşınıma, gedək hamılıqla ölək. Yuxusuz idim, belə vəziyyətdə Bakıya necə maşın sürə bilərdim? Yorğun, yuxusuz vəziyyətdə onlar mənə maşın sürdürmək istədilər. Bakıya çatan kimi Nuranə aləmi qatdı bir-birinə ki, guya onu ölümlə hədələmişəm. Dedim ki, Nuranə, səni mənə calayanın atabaatasına lənət. Bu da gəlib başqa bir aktrisaya deyib ki, Faiq sənin atanı söyüb".
Faiq Nağıyev Bakıda Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət etdiyini açıqlayıb: "Mənim işimi yarımçıq oyub, mənə dəyən ziyan var, film tək Nuranədən ibarət deyil. Bu filmə 70-80 min manata yaxın xərc çəkilib. Mən bu pulu Nuranədən təzminat olaraq tələb edəcəyəm. Onun səhnələri təkrar çəkilməlidir. Bu da əlavə xərcdir".
OXŞAR XƏBƏRLƏR

Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55