Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Leyla Əliyeva Qəbələdə bu ailənin qonağı oldu - FOTOLAR

Leyla Əliyeva Qəbələdə bu ailənin qonağı oldu - FOTOLAR

Leyla Əliyeva Qəbələdə bu ailənin qonağı oldu - FOTOLAR
2025-10-30 , 15:47

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qəbələ rayonunda “Gənc arıçı” layihəsinin iştirakçılarından biri olan, Mıxlıqovaq kəndində yaşayan Qafarovlar ailəsinin qonağı olub.
Musavat.com xəbər verir ki, görüş zamanı ailə üzvləri ilə səmimi söhbət edilib, onların layihə çərçivəsində qazandıqları təcrübə və gələcək planları ilə yaxından maraqlanılıb.
Ailə üzvləri bu layihənin həyata keçirilməsi təşəbbüsünə, eləcə də Leyla Əliyevanın şəxsən ziyarətinə görə səmimi minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, gənc arıçı Lalə Qafarova ötən il 40 kiloqram, bu il isə 100 kiloqram bal istehsal edib. O həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə ötən ay Kəlbəcərdə keçirilən Bal Festivalında “Gənc arıçı” layihəsinin iştirakçısı qismində çıxış edərək öz məhsullarını alıcılara təqdim edib.
Qeyd edək ki, 2021-ci ildən başlayaraq IDEA İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsinin əsas məqsədi regionlarda gənc ailələrin arıçılıq sahəsinə marağını artırmaq, onların məşğulluğunu və ekoloji cəhətdən dayanıqlı kiçik ailə bizneslərini dəstəkləməkdir.















Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.