Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ardıcıl 4 gün iş olmayacaq

Ardıcıl 4 gün iş olmayacaq

Ardıcıl 4 gün iş olmayacaq
2025-11-03 , 12:46

Zəfər günü və Dövlət bayrağı günü ilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq.

Yenilik.az xəbər verir ki, bu il 8 noyabr Zəfər günü şənbə, 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü bazar gününə təsadüf edir.


Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Beləliklə, 8, 9, 10 və 11 noyabr qeyri-iş günləri olacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.