“Harmony” MMC-nin rəhbəri icra başçısının qohumudur? – Ağstafada tender müəmması – Rəsmi açıqlama – YENİLƏNDİ
Ötən gün Ağstafa rayon İcra Hakimiyyəti daha bir tenderin nəticəsini elan edib. Tribunainfo.az xəbər verir ki, bu tender rayonda yolların təmiri işlərini əhatə edəcək.
Tribunainfo.az açıq mənbələr üzərindən araşdırma apararaq, son bir ildə Ağstafa İcra Hakimiyyətinin gördüyü işlərlə maraqlanıb. Məlum olub ki, son bir ildə İcra Hakimiyyəti 7 tender keçirib. Maraqlı məqam isə odur ki, həmin tendderlərdən 4-ü eyni şirkətə verilib. Söhbət “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” MMC-dən gedir.
Açıq mənbələrdə qeyd edilir ki, sözügedən MMC bu ilin yayında aztəminatlı ailələrin mənzil şəraitlərinin yaxşılaşdırılması üçün tikinti materiallarının alınmasını reallaşdırıb və bunun müqabilində 76 min 582 manat pul alıb.
Ötən ilin dekabrında da “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” aztəminatlı ailələrin mənzil şəraitlərinin yaxşılaşdırılması üçün tikinti materiallarının alınması məsələsində Ağstafa İcra Hakimiyyəti ilə anlaşıb. Bu anlaşmanın dəyəri isə 29 min 923 manat olub.
Bundan başqa, şirkət İcra Hakimiyyətinin daha iki tenderinin də qalibi olub. Onlardan biri Ağstafa rayonunda yolların əsaslı təmiri işlərinin satınalınması (401 min 818 manat), ikincisi isə 2024-cü ildə abadlıq işlərinin satınalınması (199 min manat) olub.
Qeyd edədk ki, sözügedən şirkət 2005-ci ildə yaradılıb. 10 manat nizamnamə kapitalına malik olan “Harmony İndustrial Construction and Engineering Group” MMC-nin direktoru Orucov Əlövsət Bilal oğludur. Şirkətin hüquqi ünvanı isə Ceyhun Hacıbəyli küçəsi, ev 52, mənzil 20-də yerləşir.
Araşdırma zamanı bəlli olub ki, bu ünvanda daha iki şirkət qeydiyyatdadır. Onlardan biri “Piramida-2001” MMC, digəri isə “A-Marble” MMC-dir. Əlövsət Orucov həm də “A-Marble” MMC-nin qanuni təmsilçisidir. “Piramida-2001” MMC də onun nəzarətindədir. Bu şirkətin qanuni təmsilçisi Orucova Maya Zülfüqar qızı olub. Ehtimal olunur ki, Maya Orucova Əlövsət Orucovun xanımıdır.
Xatırladaq ki, Ağstafanın icra başçısı Seymur Vaqif oğlu Orucovdur. Onun Əlövsət Orucovla hansı qohumluq əlaqəsinə malik olması barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Lakin belə bir ehtimal var ki, Maya Orucova ilə Seymur Orucov yaxın qohumdurlar. Daha doğrusu, güman edilir ki, Maya Orucova ilə Seymur Orucov arasında yaxın qohumluq əlaqəsi mövcuddur.
Məsələ ilə bağlı Ağstafa rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Zəngimizi açan icra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Mehdiyev Naqif Vaqif oğlu Tribuna-ya bildirdi ki, icra hakimiyyətində mətbuat xidməti şöbəsi yoxdur. Sualımızı rəsmi sorğu göndirildikdən sonra cavablandıracaqlarını bildirdilər.
İcra hakimiyyətinə unvanladığımız rəsmi sorğuya cavab olaraq isə bildirilib ki, sözügedən MMC-nin rəhbəri ilə icra başçısının heç bir qohumluq əlaqəsi yoxdur:
“Ağstafa Rayon İcra Hakimiyyəti olaraq bildiririk ki, bəzi saytlarda “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” MMC-nin direktoru Əlövsət Orucov və digər şəxs, Maya Orucova ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun qohum olmaqları barədə qeyd olunanlar tamami ilə yanlış məlumatdır. Diqqətə çatdırırıq ki, qeyd olunan şəxslərlə Ağstafa RİH başçısının hər hansı qohumluq-dostluq münasibətləri yoxdur və istənilən şəxs barəsində tirajlanan bu cür dezinformasiyalar ictimai nüfuza xələl gətirmək xarakteri daşıyır.
Odur ki, xəbər portallarına da tövsiyə edirik ki, peşəkarlığa zidd olaraq dəqiqləşdirilməmiş hallarla bağlı rəsmi mövqe öyrənilmədən hər hansı bir informasiyanın yayımlanmasına yol verməklə cəmiyyətdə çaşqınlıq yaratmasınlar”.
OXŞAR XƏBƏRLƏR

Ən stajlı icra başçıları - İlk “20-lik” - SİYAHI
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Rafael Mehrəliyevin 900 minlik duz anlaşması: “Fidan-TN” və “Fəza-F” kimə məxsusdur? –ARAŞDIRMA
“VESTA Construction” MMC VƏTƏNDAŞLARIN MƏNZİLLƏRİNİ NİYƏ TƏHVİL VERMİR?
Xaçmaz İH-lə “Baku Building”-in qəribə tenderi – ARAŞDIRMA
İsmayıllı İcra Hakimiyyəti sahibi həbs olunmuş şirkətlə 685 minlik müqavilə bağlayıb- ARAŞDIRMA
“Elnur-2” şirkəti Cəlilabadı “ələ keçirib”: Bir ildə 5 tender
Gədəbəyin icra başçısı özünü “siyasi rəhbər” elan edib- FOTO
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55