Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “3 uşağı olanlar pensiyaya 5 il tez çıxsın” – Parlamentdə təklif

“3 uşağı olanlar pensiyaya 5 il tez çıxsın” – Parlamentdə təklif

“3 uşağı olanlar pensiyaya 5 il tez çıxsın” – Parlamentdə təklif
2025-11-05 , 15:27

“Azərbaycanda 5 il pensiyaya tez çıxmaq güzəşti 5 və daha çox uşağı olan analara verilir. Xüsusən gənc ailələrdə 5 və daha çox uşaq, mənə elə gəlir ki, çox nadir hadisədir”.

Yenilik.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Ona görə də təklif edirəm ki, 3 və daha çox uşağı olan ailələrin pensiyaya 5 il tez çıxmaq güzəştinin tətbiq olunması istiqamətində qanunvericilikdə dəyişikliklər olunsun”, - deputat bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.