Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » 72 klinikada nöqsanlar aşkarlandı – Səhiyyə Nazirliyi

72 klinikada nöqsanlar aşkarlandı – Səhiyyə Nazirliyi

72 klinikada nöqsanlar aşkarlandı – Səhiyyə Nazirliyi
2025-11-12 , 15:44

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin yanvar- oktyabr ayları ərzində 78 stomatoloji klinikada yoxlama keçirib.

Yenilik.az Report.az-a istinadən xəbər verir ki, onlardan 72-də müxtəlif nöqsanlar aşkar edilib.
Nöqsanlardan 33-ü lisenziya şərtləri sualı üzrə, 15-i lisenziya olmadan iş və fəaliyyət, 8-i lisenziyadan kənar iş və fəaliyyət, 9-u sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 2-si lisenziya və sertifikasiya şəhadətnaməsi olmadan, lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 5-i isə sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı üzrə aşkarlanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.