Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qərbi Kaspi Universitetində şəhid tələbələrin adını daşıyan təqaüdlər təqdim olunub

Qərbi Kaspi Universitetində şəhid tələbələrin adını daşıyan təqaüdlər təqdim olunub

Qərbi Kaspi Universitetində şəhid tələbələrin adını daşıyan təqaüdlər təqdim olunub
2025-11-07 , 18:42

Qərbi Kaspi Universiteti Elmi Şurasının 26 sentyabr 2025-ci il tarixli qərarına əsasən, şəhid tələbələr- Məmmədov Röyad, Rzayev Əlirza, Təhməzov Pərvin, İslamov Cəlal və Quliyev İlkinin xatirəsini əbədiləşdirmək məqsədilə xüsusi təqaüdlər təsis edilib.

Təqaüdlərin təqdimatı Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş bayram tədbiri çərçivəsində keçirilib.
Tədbirdə şəhid ailələrinin nümayəndələri iştirak edərək, təqaüd sertifikatlarını tələbələrə təqdim ediblər. Onlar çıxışlarında şəhidlərin qəhrəmanlıq yolunun gənclər üçün nümunə olduğunu vurğulayıblar.
Bu təqaüdlər vətənpərvərlik, dürüstlük və insani dəyərləri özündə təcəssüm etdirən, həmçinin yüksək akademik göstəricilərə malik tələbələrə verilib.
Təqaüd alan tələbələrin adları:
1. Cəfərova Vəfa – Siyasi və ictimai elmlər məktəbi
2. Bayramova Nərminə – Biznes və idarəetmə məktəbi
3.Əmrahzadə Zeynəbxanım – Filologiya və tərcümə məktəbi
4. Orucəliyev Rəcəb – Dizayn məktəbi
5. Əkbərova Xədicə – İqtisadiyyat məktəbi
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.