Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qərbi Kaspi Universitetində 100-dən çox əcnəbi tələbə təhsil alır

Qərbi Kaspi Universitetində 100-dən çox əcnəbi tələbə təhsil alır

Qərbi Kaspi Universitetində 100-dən çox əcnəbi tələbə təhsil alır
2025-11-12 , 18:48

Qərbi Kaspi Universiteti beynəlxalq təhsil məkanında mövqeyini daha da gücləndirib. Dünyanın müxtəlif ölkələrindən olan tələbələr üçün cəlbedici ali təhsil ocaqlarından birinə çevrilib. Hazırda universitetdə 100-dən çox əcnəbi tələbə təhsil alır.


Bu tələbələr Amerika Birləşmiş Ştatları, Koreya, Çin, Braziliya, Hindistan, Türkiyə, Pakistan, Banqladeş, Nigeriya, Gürcüstan və Rusiya kimi ölkələri təmsil edirlər. Mədəni və coğrafi müxtəliflik Qərbi Kaspi Universitetinin beynəlxalq mühitini zənginləşdirərək, tələbələr arasında multikultural qarşılıqlı anlayışın və qlobal düşüncə tərzinin formalaşmasına şərait yaradır.

Əcnəbi tələbələr universitetin müxtəlif təhsil səviyyələrində və proqramlarında iştirak edirlər:
  • Dil kursları
  • Bakalavriat proqramları
  • Magistratura proqramları
  • Doktorantura proqramları

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.