Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub
2025-11-16 , 13:20

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub.

 
Yenilik.az xəbər verir ki, müvafiq qərar Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə qəbul edilib.
 
Qərarda deyilir: “Azərbaycan tərəfinin müraciətini nəzərdən keçirərək qərara alınıb ki, Azərbaycan Respublikası tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə qəbul edilsin”.
 
Mərkəzi Asiya dövlətləri xarici işlər nazirlərinin müşavirəsinə tənzimləyici sənədlərin uyğunlaşdırılması tapşırılıb.
 
Qərarı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzalayıblar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.