Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Hər iki müharibədə iştirak edən icra başçısı - FOTO

Hər iki müharibədə iştirak edən icra başçısı - FOTO

Hər iki müharibədə iştirak edən icra başçısı - FOTO
2025-11-16 , 16:31

Azərbaycanın ən stajlı icra başçısı Eyvaz Hüseynovdur.

Yenilik.az-ın məlumatına görə, Eyvaz Hüseynov 1992-ci ildən Xocavənd rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışır. Onu bu vəzifəyə mərhum prezident Əbülfəz Elçibəy təyin edib.
Eyvaz Hüseynov 1959-cu ildə anadan olub. İndiki Azərbaycan Texniki Universitetini bitirib. Ali təhsilli mühəndisdir.

Qeyd edək ki, Eyvaz Hüseynov Birinci Qarabağ Müharibəsinin, Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. O, qardaşları ilə birlikdə erməni təcavüzünə qarşı mübarizədə iştirak edib.
Eyvaz Hüseynovun qardaşı İbad Hüseynov Azərbaycanın Milli Qəhrəmanıdır.
Fotoda: Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov
Metbuat.az-

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.