Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sabiq nazir 69 yaşını Londonda qeyd etdi

Sabiq nazir 69 yaşını Londonda qeyd etdi

Sabiq nazir 69 yaşını Londonda qeyd etdi
2025-11-17 , 17:17

Noyabrın 13-ü sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin 69 yaşını Bakıda dəbdəbəli ad günü məclisi ilə qeyd etməsi barədə məlumatlar yayılıb.


Yenilik.az xəbər verir ki, Manset.az yayılan məlumatla bağlı Əbülfəs Qarayevlə əlaqə saxlayıb.


Keçmiş nazir iddiaları təkzib edərək hazırda ölkə xaricində olduğunu bildirib: "Mən hazırda Azərbaycanda deyiləm. Bir həftədir Londondayam. Burada mühazirəm olacaq, ona görə də İngiltərəyə gəlmişəm. Burada indi saat 6-dır, indi yuxudan oyanmışam”.

Qeyd edək ki, Ə.Qarayev 2006-2020-ci illərdə mədəniyyət naziri vəzifəsində çalışıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.