Texniki səhv adı altında dəhşətli cinayət: TƏBİB-lə bağlı HƏYƏCAN TƏBİLİ ÇALINDI
Deməli, qızımın işə düzəlməsi ilə bağlı sağlamlıq haqqında arayış alırıq. Və bir müddət keçdikdən sonra tam təsadüf nəticəsində məlum olur ki, TƏBİB-in sistemində qızımın xəstəlik tarixində belə bir arayış yerləşdirilib: “Yakob xəstəliyi zamanı demensiya” diaqnozu.
Qeyd edim ki, sonuncu dəfə bu xəstəlik 1998-ci ildə Böyük Britaniyada qeydə alınıb və heyvanmənşəli nadir və dəhşətli xəstəliklərdən biri kimi xarakterizə olunur. Yeri gəlmişkən, ingilislər belə bir xəstəliyin mövcudluğundan sonra məcbur olub cütdırnaqlı bütün heyvanları məhv ediblər. Nəticədə dövlətin iqtisadiyyatına külli miqdarda ziyan dəyib”.
Bu fikirləri Əməkdar jurnalist Fadil Paşayev öz sosial şəbəkə hesabında paylaşıb. Jurnalist bildirib ki, araşdırma aparıb və məlum olub ki, Azərbaycanda belə bir xəstəliyin qeydə alınması və açıq sistemə yerləşdirilməsi ilə bu ölkənin Ümumdünya Səhiyyə Təşkilatı qarşısında fövqəladə vəziyyət elan etmək kimi bir öhdəliyi var:
“Məsələ burasındadır ki, belə bir xəstəliyi ölü bir şəxsin beynindən götürülən hüceyrələri müayinə etdikdən sonra müəyyənləşdirmək olar. Hələ mənim övladımın keçirdiyi stressi demirəm. Vəziyyətlə bağlı iki ay bundan qabaq TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamira Adilova ilə əlaqə saxlanıldı. Bu şəxs açıq şəkildə bəyan etdi ki, məsələ TƏBİB-lik deyil, Səhiyyə Nazirliyinin səhvidir. Gör insan nə qədər laqeyddirsə, bu mövzu onun, yumşaq desək, heç vecinə də olmadı. Sonra Sumqayıt Tibb Mərkəzinə və mətbuat katibi Ramil Yaqub Zeynallıya müraciət etdik. Onlar bu yanlışlığını hərf səhvindən irəli gəldiyini və tez bir zamanda aradan qaldırılacağını desələr də, iki aydan çoxdur ki, məsələ öz həllini tapmır. Mən bu statusu yaza-yaza belə əllərim əsir, bir ölkə vətəndaşına, eləcə də Azərbaycanın maraqlarına bu qədər laqeyd yanaşan dövlət qurumlarına, ayrı-ayrı şəxslərə söz tapıb ifadə edə bilmirəm. Əslində yazaram, hələ o tərəfə də keçərəm. Sadəcə bilirəm ki, laqeyd münasibətin nəticəsində neçə-neçə cinayətlər işlənilir. Düzdür, bütün bunların cəzasını onsuz da gec-tez Uca Allah verir. Ancaq buna baxmayaraq, mən adını etiketlədiyim dövlət qurumları qarşısında bir həyəcan siqnalı çalıram. Xahiş edirəm, bir vətəndaş kimi qətiyyətlə təkid edirəm ki, bu kimi özbaşınalıqlar, texniki səhv adı altında dəhşətli cinayət ehtimalları araşdırılsın! Məsələni bir statusla ictimailəşdirməklə də kifayətlənməyəcəm, lazım gəldikdə Azərbaycan Respublikasının ali rəhbərliyinə müraciət etməklə haqlı şəkildə bir çox “kəllələr”in hüquqi müstəvidə cəzalanmasına nail olacağam. Əks təqdirdə cəzasızlığın olacağı Azərbaycanda yaşamaqdansa, ölümü arzulamaq çıxış yolu görünəcək mənim üçün. Ümid edirəm ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Baş Prokurorluğu bu faktla bağlı hüquqi müstəvidə ciddi addımlar atacaq. Hələlik bu qədər…” – jurnalist vurğulayıb.Məsələ ilə bağlı TƏBİB-dən Konkret.az-ın sorğusuna cavab verilib:
“Paşazadə Fatimə Fadil qızının şəxsi kabinetində – my.gov.az portalında səhvən 2024-cü ildə “Kreystfeld–Yakob xəstəliyi zamanı demensiya” diaqnozunun qeyd olunması faktı qeydə alınıb.
Aparılan araşdırma zamanı müəyyən edilib ki, bu texniki yanlışlıq qeydiyyat mərhələsində baş verib. Belə ki, reyestrə təqdim edilən klinik diaqnoz Z02.1 kodu əvəzinə F02.1 kimi qeyd olunub.
Müvafiq şöbəyə və qeydiyyatçılara xəbərdarlıq edilib, gələcəkdə bu kimi halların təkrarlanmaması üçün əlavə nəzarət tədbirləri görülüb.
Bildiririk ki, vətəndaşın real klinik vəziyyəti ilə qeyd olunan diaqnoz arasında heç bir tibbi uyğunluq mövcud deyil və bu, sırf texniki səbəbdən baş vermiş qeyri-dəqiqlikdir.
18.10.2025-ci il tarixində sistemdə (e-tabib mobil tətbiqində) bu məlumatın düzəlişi üzrə müvafiq addımlar atılıb və my.gov.az platforması ilə sinxron yenilənmə işləri aparılır.
Yaxın günlərdə dəyişikliyin vətəndaşın my.gov.az platforması üzrə şəxsi kabinetində də əks olunması təmin ediləcəkdir”.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
İcbari Tibbi Sığorta Fondunda ciddi nöqsanlar AŞKARLANDI
İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Yazdıqlarımız rəsmən təsdiqləndi
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Sahil Babayev TƏBİB və İTS-də nələrin izinə düşüb? - İlginc detallar
Maral Qocamanın gizli oyunları – SENSASİON AÇIQLAMALAR
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55