Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Şəhid məzarlarından oğurluq edənlər saxlanıldı - Rəsmi

Şəhid məzarlarından oğurluq edənlər saxlanıldı - Rəsmi

Şəhid məzarlarından oğurluq edənlər saxlanıldı - Rəsmi
2025-11-21 , 13:13

Ötən gün paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda şəhid Səyavuş Kəlbalıyev və Fəxri Məmmədovun məzarları üzərində olan şəxsi əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı K.Ə və 16 yaşlı V.Q saxlanılıblar.
Onların məzarların üzərindən oğurladıqları gitara, hərbi çəkmə və hərbi dəbilqə polis əməkdaşları tərəfindən aşkar olunaraq şəhid ailələlərinə qaytarılıb.
Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsində araşdırma aparılır.





Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.