Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Vəkil olmaq istəyənlərin nəzərinə!

Vəkil olmaq istəyənlərin nəzərinə!

Vəkil olmaq istəyənlərin nəzərinə!
2025-11-25 , 17:09

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) və Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən 28 noyabr 2025-ci il tarixində saat 10:00-da VK üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsi keçiriləcək.

Yenilik.az xəbər verir ki, imtahan DİM-in Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda təşkil olunacaq. Namizədlər artıq buraxılış vərəqələrini DİM-in rəsmi saytından əldə edə bilərlər.
Namizədlərdən xahiş olunur ki, müəyyən olunan vaxtdan ən geci 1 saat əvvəl imtahanın keçiriləcəyi inzibati binada olsunlar və şəxsiyyət vəsiqələri ilə birlikdə buraxılış vərəqələrini təqdim etsinlər.
Qeyd edirik ki, buraxılış vərəqəsini çap etməyən namizədlər test mərhələsində iştirak edə bilməyəcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.