Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Masallıda təhlükəli vəziyyət… “Azərişıq” isə “gedin özünüz həll edin” deyir – Foto

Masallıda təhlükəli vəziyyət… “Azərişıq” isə “gedin özünüz həll edin” deyir – Foto

Masallıda təhlükəli vəziyyət… “Azərişıq” isə “gedin özünüz həll edin” deyir – Foto
2025-12-01 , 13:33

“Azərişıq” ASC-yə məxsus 10 minlik xətt uzun müddətdir qəzalı vəziyyətdədir. Dirək demək olar çürüyüb, beton dirək isə aşmaq üzrədir. ASC-nin qaynar xətti isə problemi abonentlərin həll etməli olduğunu deyir.

Tribuna.az xəbər verir ki, bu problemi sosial şəbəkədə Valeh Dünyamalıyev ictimailəşdirib. Şikayətçi bildirib ki, Masallı rayonu Qızılavar kəndində hər an bədbəxt hadisə baş verə bilər. “Azərişıq”a müraciətdən 1 həftədən çox vaxt keçməsinə baxmayaraq, problem həll edilmir:
“Mən 1 həftə bundan əvvəl “Azərişıq”ın qaynar xətdinə müraciət etmişəm. Mənə deyiblər ki, qeydə aldıq, məlumat veriləcək sizə. 1 həftə keçdi, mənə heç bir məlumat təqdim olunmayıb. Bu gün yenidən qaynar xətt xidmətinə müraciət elədim. Mənə deyirlər, guya gəlib baxıblar, abonent özü getməlidi “ASAN Xidmət”ə müraciət edib dirəyi dəyişdirməlidi. Deyirəm sizin işinizi mən niyə görməliyəm? Dirək mənim şəxsi mülkümdü bəyəm? Mən niyə dəyişdirməliyəm? Sabah aşıb birini bədbəxt eləsə nə olacaq bəs?. Qaynat xətdən deyirlər, bilmirəm, mənim məlumatım bu qədərdi.
Bu da “Azərişıq” ASC-nin qaynar xətti”.
Qarşı tərəfin məsələ ilə bağlı mövqeyini öyrənməyə çalşsaq da cəhdlərimiz baş tutmadı.
Gülşən Rəsul



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.