“Bakı Metropoliteni”ndə işçilərin ixtisarına başlanılıb - RƏSMİ AÇIQLAMA
“Bakı Metropoliteni” QSC-də əməkdaşların mövcud əmək münasibətlərinə məcburi şəkildə xitam verilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
"Bu səbəbdən metroda əməliyyat səmərəliliyini artırmaq, resursları birbaşa sərnişindaşıma təhlükəsizliyinə və əsas istehsalat proseslərinə yönəltmək məqsədilə həmin xidmətlərin kənar ixtisaslaşmış şirkətlər tərəfindən göstərilməsi barədə qərar qəbul olunub. Cəmiyyətin müvafiq təmizlik və yaşıllaşdırma xidmətinin fəaliyyətinin dayandırılmasından sonra işçilərin əmək münasibətlərinin davamlılığının təmin edilməsi üçün qurum tərəfindən bir sıra addımlar atılıb. Belə ki, bu sahələrdə çalışan şəxslərlə əmək münasibətləri tam olaraq əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə tənzimlənəcək. Bu əməkdaşlar üçün aşağıdakı seçimlər təklif olunur:
- Xidmətləri icra edəcək ixtisaslaşmış şirkətlərdə işlə təmin olunmaq;
- “Bakı Metropoliteni” QSC-də mövcud olan digər iş yerləri üzrə uyğun alternativ iş təklifi;
- Qanunvericiliyin tələb etdiyi hallarda müvafiq kompensasiya və müavinətlərin ödənilməsi", - deyə bildirilib.
***
12:20
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində ixtisarlar aparılır.
Teleqraf-a daxil olan məlumata görə, depo və qatarların yuyulmasından məsul olan işçilərdən öz ərizələri ilə işdən çıxmaq tələb edilir.
Mənbənin sözlərinə görə, bu ilin yayında qurum daxilində iş saatının on iki saatdan səkkiz saatlıq rejimə keçidi və bir qədər sonra isə ixtisarlar olacağı ilə bağlı məlumatlar yayılıb:
"Öz ərizəsi ilə işdən çıxarılan əməkdaşlara "Bakı Metropoliteni"nində bəzi xidmətlərin başqa bir şirkətin idarəçiliyinə verildiyi əsas gətirilir. Bu səbəbdən də işçilərin sayının azaldıldığı deyilir. Xüsusilə 50 yaşdan yuxarı əməkdaşlar işdən çıxarılır".

İddia olunur ki, ixtisarlar dekabrın 4-dən başlayacaq. Məsələ ilə bağlı qurum tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Onu da qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarına olan məlumatlara əsasən metro işçilərinin orta aylıq maaşı 1 241,5 manat təşkil edib. Bu da 2023-cü ilin eyni dövrünə nisbətən 96,8 manat və ya 8,5% çox idi. Ötən ilin yanvarında isə işçilər "Bakı Metropoliteni” rəhbərliyinin əməkhaqqı artımlarını ödəməməkdə günahlandırmışdılar.
Nəzərə çatdıraq ki, metroda gediş haqqı 60 qəpik təşkil edir. Sərnişin sayına görə (yanvar-oktyabr aylarında 184 513,6 nəfər) ən çox istifadə edilən nəqliyyat növü olmasına baxmayaraq, “Bakı Metropoliteni” illərdir sərnişindaşıma xidmətinin maya dəyərindən aşağı olması nəticəsində yaranan zərərin ödənilməsi məqsədilə büdcədən vəsait alır. 2026-cı il üçün quruma 40 milyon manat subsidiya nəzərdə tutulub. Bu göstərici 2025-ci illə müqayisədə 12,3 milyon manat və ya 44,6 faiz çoxdur. Bu ilin büdcəsində “Bakı Metropoliteni” QSC-yə 2024-cü illə müqayisədə 44,7 % az 27,7 milyon manat subsidiya proqnozlaşdırılıb. Belə ki, 2024-cü ildə dövlət büdcəsindən 50 milyon manat ayrılmışdı. Bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 30,2 % çox idi.
Maraqlıdır ki, "Bakı Metropoliteni"nin maliyyə vəziyyəti ilə bağlı mediaya açıqladığı məlumatlar isə, sərnişindaşımada qiymət artımından sonra qurumun gəlirlərinin xeyli artdığını göstərir. Belə ki, QSC 2024-cü ildə 100.44 milyon manat gəlir əldə edib. Həmin ildə gediş haqqı 50 qəpiyə qaldırılmışdı. Metro ilə 229.58 milyon sərnişin daşınmaqla illik 4.6 faiz illik artıma nail olunmuşdu.
Xatırladaq ki, “Bakı Metropoliteni” QSC 2021-ci ildən bu tərəfə rəsmi internet səhifəsində illik audit hesabatlarını dərc etmir. 1 yanvar 2022-ci il tarixinə dövlət şirkətinin balansında 565 milyon manat həcmində illərin yığılmış zərəri vardı.
.jpg)
OXŞAR XƏBƏRLƏR

İcbari Tibbi Sığorta Fondunda ciddi nöqsanlar AŞKARLANDI
Prezident bu şəxsləri əfv etdi - Siyahı
“Azərbaycan Dəmir Yolları”nda qalmaqal - İşçilər məcburi çıxarılır?
Gəncədə “Müasir Konstitusiyamızın banisi Ulu Öndər Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirildi - FOTO
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55