Beynəlxalq Əlillər Günündə "Expressbank"ın peşə bayramı təbriki?
Bankların etik dilemmalarının sərhədi hara qədərdir?
3 dekabr tarixi bütün dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Özlüyümdə düşündüm, bəlkə SMS yanlış gedib və əlilliyi olan hər hansı şəxsə yönəldilməli imiş. Amma tutaq ki, belə olardısa, axı bu peşə bayramı deyil, beynəlxalq gündür.
Bu cür günlərin xüsusilə qolobal səviyyədə qeyd olunması cəmiyyətdə bərabərlik və inklüzivlik dəyərlərinin möhkəmlənməsinə mənəvi stimul verir. Bu gün insanlara fiziki və sosial baryerlərin ayrı-seçkilikdən daha çox birgə məsuliyyət olduğunu xatırladır. Əlilliyi olan şəxslərlə empati qurmaq, onların gündəlik çətinliklərini anlamaq və dəstək olmaq sosial birlik hissini gücləndirir, cəmiyyət daxilində müsbət münasibət formalaşdığı üçün psixoloji rahatlıq, hörmət və qarşılıqlı anlayış artır.
Amma SMS-in məqsədi başqadır...
Bu cür təbriklərin əsas məqsədi təbrik etməkdən daha çox, diqqəti cəlb edib arxasınca reklam təklifi göndərməkdir. Bankın təklifi "komissiyasız kredit”, "güzəştlər”, "endirimlər” kimi cazibədar ifadələrlə davam edir. Amma burada bir məqam ortaya çıxır: etika harda bitir, marketinq harda başlayır?
Yəqin razılaşarsınız ki, konkret peşəyə aid olmayan, heç bir rəsmi və ya qeyri-rəsmi bayramla əlaqəsi olmayan günlərdə "peşə günü” adı ilə təbrik göndərmək düzgün yanaşma sayılmır. Çünki bu, həm müştəridə çaşqınlıq yaradır, həm də təbrik anlayışını reklam məqsədi ilə manipulyasiya edir. Peşə bayramları ölkədə müəyyən sahələrə hörmət və dəyəri ifadə edir. Onları kommersiya alətinə çevirmək isə bir çoxlarına görə peşə etikası ilə ziddiyyət təşkil edir.
Marketinq mütəxəssisləri isə məsələyə bir qədər fərqli yanaşır. Onların arqumentinə görə, bu cür təbriklər standart reklam mesajlarından daha emosionaldır və müştəri diqqətini daha yaxşı çəkir. Amma burada vacib hədd var: emosional müraciət həqiqəti əvəz etməməlidir. Yalan və ya uydurma məzmunlu SMS-lər marka etibarına uzunmüddətli zərbə vura bilər.
Qanunvericilik baxımından isə problem daha çox etik çərçivədədir. Reklam haqqında qanunlar yanlış məlumatın verilməsini qadağan etsə də, "peşə bayramınız mübarək” ifadəsinin hüquqi məsuliyyət yaratması çətindir. Lakin bank sektoru kimi yüksək etibar tələb edən bir sahədə belə yanaşma, heç şübhəsiz ki, ictimai gözləntilərlə uzlaşmır.
Məsələnin ən önəmli tərəfi isə müştərinin özünü dəyər verilən deyil, manipulyasiya edilən biri kimi hiss etməsidir. Cəmiyyətin banklardan gözləntisi sadədir: aydınlıq, şəffaflıq və dürüstlük. Həqiqətə uyğun olmayan bəhanələrlə kredit təklifi göndərmək isə bu prinsiplərlə üst-üstə düşmür.
Məsələ ilə bağlı "Ekspressbank"la əlaqə saxladıq. Bildirildi ki, "...hazırda 6 dekabr Rabitə İşçilərinin Peşə Bayramı münasibətilə kampaniya var və bu sahədə çalışanlara SMS göndərilib".
Qəribədir. Amma mən rabitə işçisi deyiləm və mesajda rabitə peşəsi barədə heç nə qeyd olunmamışdı. Əcəba bu qeyri-müəyyən dara banka hansı resurslardan daxil olub?!
Nəticə olaraq, SMS marketinqi şirkətlər üçün güclü vasitə olsa da, onun məzmunu mütləq etik sərhədlər daxilində qalmalıdır. Təbrik mesajı – təbrik olmalıdır, reklam isə reklam. Bu iki xətti qarışdırmaq yalnız müvəqqəti diqqət qazandırır, amma uzunmüddətli etibar itkisinin qarşısını ala bilmir.
P.S. İndilərdə bir də araşdırdım, görəsən bu tarixdə başqa bir ölkədə hər hansı peşə bayramı qeyd olunur?! Sən demə, Kubada həkimlərin peşə bayramı imiş. Allahdan bütün dünyada əlilliyi olan şəxslərə və həkimlərə sağlıq və firavan həyat arzulayıram! Marketoloqlarımıza isə divergent təfəkkür və yaradıcı təxəyyül uğurları!
Elnur Ağayev
Xeberle.com
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
“Azpulmat” – sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
Bakıdakı paraddan tarixi görüntülər – Fotolar
Azərbaycanda sosial müavinətlər artırıldı (FƏRMAN)
Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55