Eks-deputatdan şok açıqlama: “Ramiz Mehdiyevə mədhiyyə deyənlər də cəzalandırılmalıdır”
Bu gün Azərbaycan dövləti dünya azərbaycanlılarının qürur mənbəyinə çevrilib. Dövlətimiz öz tarixinin ən şərəfli və ən şanlı dövrünü yaşayır. Biz torpaqlarımızı işğaldan azad edərək böyük tarixi qələbələrə imza atdıq, separatizmin kökünü effektiv şəkildə kəsdik. Bu, təkcə xalqımız və dövlətimiz qarşısında deyil, eyni zamanda qlobal miqyasda təhlükəsizliyə ciddi töhfədir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Elşad Mirbəşiroğlu deyib.
O bildirib ki, separatizm bu gün dünya üçün böyük təhdidlərdən biridir və Azərbaycan bu təhdidlərdən birini neytrallaşdırmağa nail oldu:
“Hazırda ölkəmiz beynəlxalq münasibətlər sistemində mövqeyini gücləndirməkdə, dirçəliş və inkişaf mərhələsini uğurla keçməkdədir. Belə bir zamanda dövlətçiliyə qarşı çıxmaq, konstitusion quruluşu zorla dəyişmək cəhdləri nə xalq, nə də dövlət tərəfindən qəbul edilmir və edilməməlidir. Azərbaycan xalqı bu cür cəhdlərin mahiyyətini dərindən anlayır və dövlətinə, liderinə yüksək səviyyədə dəstək nümayiş etdirir.
Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə də sübut etdi ki, ordu–xalq–hakimiyyət birliyi Azərbaycanı güclü edən əsas sütunlardan biridir. Bu birlik tarixi zəfəri mümkün etdi və dünya ictimaiyyəti bunu qəbul edir. Ölkədə hakimiyyəti zorla ələ keçirmək və konstitusion quruluşu dəyişdirməyə yönəlmiş cəhdlər nə dövlət, nə də xalq tərəfindən qəbul olunur və bu kimi addımlar bağışlanmamalıdır. Azərbaycan cəmiyyəti baş verən proseslərin mahiyyətini çox aydın dərk edir və yüksək siyasi mədəniyyətə malikdir.
Xalq yaxşı ilə pisi seçməyi bacarır və bu gün Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin ətrafında tarixdə heç vaxt olmadığı qədər sıx birləşib. Bunun ən parlaq nümunələrindən biri Vətən müharibəsi zamanı xalq–dövlət birliyinin bütün dünyaya nümayiş etdirilməsi idi”.
Sabiq millət vəkili qeyd edib ki, Ramiz Mehdiyev və onunla eyni cəbhədə yer alan şəxslərin cəhdləri, həm xalqın, həm də tarixin sərt qınağı ilə qarşılanır:
“Ramiz Mehdiyevi dövlət xadimi, əvəzolunmaz siyasətçi kimi təqdim edənlər, vaxtilə ona mədhiyyələr yazanlar da öz cəzalarını çəkməlidirlər. Çünki bu tip yanaşmalar da dövlət və xalq üçün təhlükə mənbəyinə çevrilə bilər. Ramiz Mehdiyev və Əli Kərimli kimi şəxslərin cəhdləri isə sadəcə cılız və uğursuz təşəbbüslərdir. Görünür, onlar hesablamalarında çox ciddi səhvlərə yol veriblər.
Sağlam düşüncə sahibi olsaydılar, bu addımlarının daha başlanğıcda fiaskoya uğrayacağını anlayardılar. Bu cür fəaliyyətlərə görə onların sərt şəkildə cavablandırılması tamamilə qanunauyğundur. Bu cəhdlər xalqdan və reallıqdan uzaq, dövlətə xəyanət xarakterlidir. Onların yanlış hesablamaları, sağlam düşüncədən uzaq yanaşmaları bu fəaliyyətlərin başlanğıcdan iflasa uğramasına səbəb oldu. Dövlətimiz isə bu cür halların qarşısını almaq üçün kifayət qədər güclü və iradəlidir”.
OXŞAR XƏBƏRLƏR

Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Bakıda hərbi parad keçirildi - YENİLƏNİB
Laçında bayram ab-havası... - Video + Fotolar
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55