Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Eldar Mansurovun oğlu yeni vəzifəyə təyin olundu

Eldar Mansurovun oğlu yeni vəzifəyə təyin olundu

Eldar Mansurovun oğlu yeni vəzifəyə təyin olundu
2025-12-04 , 17:04

Xalq artisti Eldar Mansurovun oğlu yeni vəzifəyə təyin olunub.

Yenilik.az “Report”a istinadən xəbər verir ki, Ülvi Mansurov İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinə sədr təyin edilib.
Qeyd edək ki, Ü.Mansurov bir sıra müxtəlif vəzifələrdə çalışıb. O, 2018-ci ildən Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktoru, 2020-ci ildən bu təyinata qədər isə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru olaraq fəaliyyət göstərib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.