Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tibb Mərkəzinin həyətində ölü döl tapılıb

Tibb Mərkəzinin həyətində ölü döl tapılıb

Tibb Mərkəzinin həyətində ölü döl tapılıb
2025-12-05 , 16:51

Dünən saat 14:30 radələrində Sabunçu Tibb Mərkəzinin ərazisində, olan ağaclıq sahədə daxili mühafizə xidməti tərəfindən ölü döl aşkar edilib.

Yenilik.az APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzi məlumat verib.
Bildirilib ki, dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib və əraziyə baxış keçirilib. İlkin məlumata görə, aşkarlanmış ölü döl 34–36 həftəlik hamiləlik dövrünə uyğundur.
Qeyd edilib ki, ölü dölün aşkar olunması faktı ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.