Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Şeyxin sabiq mühafizəçisi Mənsimovun stadionunu aldı

Şeyxin sabiq mühafizəçisi Mənsimovun stadionunu aldı

Şeyxin sabiq mühafizəçisi Mənsimovun stadionunu aldı
2025-12-09 , 15:46

Masallıda yerləşən Anatoli Banişevski adına stadionun kim tərəfindən satın alınması müəyyənləşib.


Yenilik.az “Teleqraf”a istinadən xəbər verir ki, stadionu satın alan şəxs yerli iş adamı Səxavəddin Sadıxovdur.

Əslən Masallıdan olan S.Sadıxov uzun müddət xüsusi xidmət orqanlarında çalışıb. İstefada olan polkovnik Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Mühafizə xidmətinin rəisi olub.

O, eyni zamanda Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Qeyd edək ki, sözügedən stadion 2012-ci ildən Mübariz Mənsimovun rəhbəri olduğu “Palmali”yə məxsus idi. 2014-cü ildən stadionda təmir məqsədilə söküntü işləri başlasa da, sonradan yarımçıq qalmışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.