Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Hamı məni sevərkən ölmək istəyirəm” – Kadırov

“Hamı məni sevərkən ölmək istəyirəm” – Kadırov

“Hamı məni sevərkən ölmək istəyirəm” – Kadırov
2025-12-15 , 08:10

Çeçenistan rəhbəri Ramzan Kadırov yaşlılıq dövründə özünü necə gördüyü ilə bağlı sualı cavablandırarkən diqqətçəkən açıqlama verib.

Bakupost.az xəbər verir ki, o, birbaşa yayım zamanı uzunömürlü olmaq kimi bir arzusu olmadığını bildirib.

Kadırovun sözlərinə görə, insanların onu sevdiyi və hörmət etdiyi bir vaxtda həyatdan köçmək istərdi:
“İstəyirəm elə bir vaxtda dünyadan gedim ki, hamı məni sevsin, hörmət etsin və ölümüm insanlara ağır gəlsin”.

Çeçenistan rəhbəri özü haqqında yayılan şayiələrə də münasibət bildirib. O qeyd edib ki, deyilənlərə görə guya qocalığa qədər yaşamayacaq və açıq etiraf edib:
“Düzü, mən də qocalığa qədər yaşamaq istəmirəm”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.