“Biri nəvəsi ilə dincəlir, digəri sevgilisi ilə...”
Ötən əsrin əvvəli ilə indiki arasında son dərəcə ciddi oxşarlıq(lar) var.
Ayrıca, fərq də yalnız ondadır ki, üsullar, tətbiqlər dəyişib. Vəssalam.
Əksər imperiya dövlətlərinin xisləti isə dəyişmir və nə təəssüf, heç zaman da dəyişməyəcək.
Yəni, tutaq, 1-ci və 2-ci Nikolayın dövründə Rusiyanın idarəetmə sistemi necə idisə, İngiltərə və Fransa ilə münasibətlər hansı şəkildə müəyyənləşirdisə, ətraf ərazilərin, xüsusən Qafqazın ilhaqı haqda nə forma metodlar düşünülürdüsə, indi də yanaşma aşağı-yuxarı eyni cürdür.
Fəqət, məsələ burasındadır, bu gün dünya həmin dünya deyil, Rusiya o vaxtın imkanlarına sahib deyil, Qafqaz hamının əl və dil uzada biləcəyi məkan deyil, ta nə bilim, canım sizə desin, Makron Moskvanı bir zamanlar işğal etmiş və yandırmış Napaleonun təpərində deyil...
Bəli, aradan xeyli zaman keçib və pul, texnika köhnədən qalan yöntəmləri sıradan çıxarıb. Üstəlik, elə paradoksal dövrə qədəm qoymuşuq ki, hətta Şimali Koreya dövlətinin adına yekə hərflərlə pərçimlənmiş “demokratik” kəlməsi belə artıq kimsədə heyrət assosiasiyası yaratmır, dünya diplomatiyası və BMT daxil bütün beynəlxalq təşkilatlar “nüvə şantajı”nın qarşısında acizdir, haqsızlar haqlılarla barışığa deyil, haqlılar güclülərlə dil tapmağa təhrik edilir, nəhayət: Ukrayna kimi “nümunələr”in var olması, belə aqibətlərin yaşanması bütün bəşər övladı üçün “mənəvi aşınma” presedenti yaradır və millətlərə, dünya siyasətinin əsas subyektlərinə düzgün yox, lazım olan kimi davranmaq vacibatını (bəlkə də məhkumiyyətini) aşılayır.
“Kimsə sizi xilas etməyə gəlməyəcək...” – Vatsonun 3 əsr öncə söylədiyi bu fikir, əslində, insanlar üçün deyilib. Amma məncə, hazırda dövlətlər üçün daha çox keçərlidir.
Və ya: haradadır, Zelenskiyə ilk dövrdə dəstək verənlər?! Konkret, Bayden və Conson?
Deyim, haradadır: biri nəvələri, nəticələri ilə Floridada zaman keçirməkdə. Digəri isə özündən 27 yaş kiçik yeni sevgilisi ilə Kensington parkında romantik pozalar verməkdə, şəkil çəkdirməkdə. Yəni, hərə öz kefində.
Halbuki, NATO-ya (mümkünatsız!) üzvlük üçün 15 milyon insanı bada verməyə dəyməzdi və hətta ən yaxşı perspektivdə Ukraynanın əldə edəcəyi “Pirr qələbəsi” belə yenə də ona heç bir əlahiddə üstünlük, imtiyaz, dominantlıq statusu verməyəcəkdi.
Amma, yaxşı, tutaq, Zelenski səhv elədi və yanlış hesablamalar “yapdı”. Bəs, Avropa? Bəs, Qərbin “beyin mərkəzləri”? Bəs, “dərin dövlət”in “ağır top”ları?
Onlar nə düşündü və ya düşünməkdədir?!
Təklif edilən 27 bəndlik sülh sazişini 20 maddəyə endirməklə, obrazlı desək, kasıbın papağını başından çıxarıb, sonra özünə qaytararaq “sevindirmək” cəhdi ilə, Ukraynanı onsuzda yarımcan olan vəziyyətində tək buraxmaqla, o boyda ərazini şimal qonşumuza peşkəş etməklə məsələ bitəcəkmi? Rusiya sakitləşəcəkmi, dayanacaqmı, susacaqmı? Əsla!
Əksinə, görsə, hamı geri çəkildi, daha da “özgüvənləşəcək”, daha da azğınlaşacaq, görmə bucağını daha da itiləyəcək.
Buna isə, imkan vermək olmaz!
Hələ, o gün baxıram, Rusiya dövləti Beynəlxalq Cinayət Məhkəməsinin prokurorlarına, hakimlərinə sanksiya tətbiq edib. Daha əvvəl isə eyni addımı BCM atmışdı və guya Putinin və bir sıra məmurun adını “Roma Statutu”nun tətdbiq dairəsinə salmış, “INTERPOL”un siyahısına əlavə etmişdi.
Nəticə?! Varmı? Olacaqmı? Yox, əlbət.
Hamıya aydındır ki, Putin də, onun komandası da ürəyi istəyən yerə və ürəyi istəyən hava məkanı üzərindən uçacaq. Beynəlxalq Cinayət Məhkəməsinin üzvlərinə də kimsə, heç yerdə toxunmayacaq və “gözün üstə qaşın var” deməyəcək.
Yaxşı bəs, o zaman bu teatr kimin üçündür? Niyə hər şeyi lağlağı predmetinə çevirirsiniz?
Onsuzda beynəlxalq hüququn anasını ağlar günə qoymusunuz. Vacibmidir ki, atasını, əmisini, xalasını, bibisini, dayısını da həmin sıraya daxil edəsiniz?!
Nə isə...
Təxminən, 1 ay əvvəl Azərbaycan mediasına belə bir məlumat sızmışdı ki, Rusiyanın əsas məqsədlərindən biri Ukrayna ilə apardığı müharibəni yekunlaşdırandan sonra üzünü Qafqaz tərəfə çevirməkdir və bu səbəbdən də bəlli “rusbaş”ları, vətən xainlərini hazır vəziyyətə gətirib.
İstisnadırmı? Xeyr! Ağlabatandırmı? Tam!
Ayrıca, paralel fonda bir nüansı da qətiyyən diqqətdən qaçırmaq olmaz. Necə ki, Avropanın xüsusi xidmət orqanları, az qala bütün postsovet ölkələri üçün (təzyiq vasitəsi kimi) “turalsadıqlıfason” broyler tipləri yaradıb, bəsləyib və ortalığa buraxıb, eləcə də rus – hər yerdə öz agenturası var.
Rusun hər yerdə “Milli Şura”sı, “Milyarderlər İttifaqı”, “Ziyalılar Forumu” var. Rusun hər yerdə Beriya xislətli Mehdiyevi var, sümsük Abbası var, zəvzək Kərimlisi var.
Hətta...Ştatdankənar, ictimai əsaslı, qonorarla işləyən Cəmili var, Gültəkini var...
Yəni, buna icraatmı deyim, ixracatmı deyim, – adını hər nə qoyuruqsa qoyaq – sadəcə Azərbaycan üçün deyil, çoxları, ələlxüsus da yaxın bölgələr üçün hesablanmış bir xətt və istiqamətdir.
Və belə məqamlarda millətlərin, xalqların, vətəndaşların üzərinə düşən ən böyük öhdəlik, ayıq -sayıq olmaq, prosesləri düzgün qiymətləndirmək və ən əsası: müdrik liderlərlə yola davam etməkdir.
***
Tanrı İlham Əliyevi bizə çox görməsin.
Tanrı İlham Əliyevi bütün mərdimazarlardan, daxili və xarici düşmənlərdən, qələbələrimizi, uğurlarımızı heç cür həzm edə bilməyən yırtıcılardan, uzun illər dövlət içində lövbər salıb, özünü və üzünü bəlli etməyən Ramiz Mehdiyev kimi buqələmunlardan, simasızlardan qorusun!
Çünki hər birimizin tək ümidi və təhlükəsizliyimizin tək qarantı odur...
Çünki Azərbaycanın Ukrayna, Suriya, Qəzza taleyi, aqibəti yaşamamasının səbəbkarı odur...
Çünki bu dövləti, bu milləti pusquda dayanmış bütün yalquzaqların, vaşaqların caynağından yan tutan, uzaq saxlayan, qoruyan, hifz edən odur...
Məhz o...
Elşən Musayev
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Forma dəyişir, mahiyyət yox: Təhsil niyə vizuallıqla islahat aparır? — Kamran Əsədov
“Avropa ehtiyaclarını kimin ödəyəcəyi üçün Rusiya ilə rəqabət etmirik”
Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55