Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ailəsi o qızı təhsildən belə yayındırıbmış - Rəsmi

Ailəsi o qızı təhsildən belə yayındırıbmış - Rəsmi

Ailəsi o qızı təhsildən belə yayındırıbmış - Rəsmi
2025-12-17 , 08:40

Tovuzda toy mərasiminin qarşısı alınan 2011-ci il təvəllüdlü, Tovuz rayonu sakini olan qız şagird Mahir Ələkbərov adına tam orta ümumtəhsil məktəbində təhsil aldığı dövrdə dərslərdən mütəmadi olaraq yayınıb.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, bununla bağlı məktəb rəhbərliyi tərəfindən 23.01.2023-cü il tarixində hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilib.
“Hüquq-mühafizə orqanlarından təhsil müəssisəsinə 13.02.2023-cü il tarixində daxil olan cavab məktubunda qeyd olunub ki, şagird ailəsi ilə birlikdə əvvəlki ünvanda yaşamır və onların paytaxtın Qaradağ rayonu Buta qəsəbəsində məskunlaşdıqları müəyyən edilib.
Qeyd olunan tarixdən sonra isə şagirdin ailəsinin yeni ünvan üzrə hər hansı ümumtəhsil müəssisəsinə və ya müvafiq təhsil idarəsinə rəsmi müraciətinin olmadığı müəyyən edilib. Bu səbəbdən şagirdin təhsilini davam etdirməsinə nəzarəti təmin etmək mümkün olmayıb”, - deyə məlumatda qeyd edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.