Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qərbi Kaspi Universitetində idman turniri keçirilib

Qərbi Kaspi Universitetində idman turniri keçirilib

Qərbi Kaspi Universitetində idman turniri keçirilib
2025-12-19 , 15:02

Qərbi Kaspi Universitetinin Tələbə Dəstək Mərkəzi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş İdman Turniri təşkil olunub.

Turnir çərçivəsində aşağıdakı yarışlar keçirilib:
Şahmat
Stolüstü tennis
Kəndir dartma
 Çuval yarışı
Yarışlarda fərqlənən qaliblər mükafatlarla təltif olunub.
Tələbələr üçün aktiv və əyləncəli keçən turnir həmrəylik bayramının birlik və dostluq ruhunda qeyd olunmasına töhfə verib.
Qeyd edək ki, turnir ənənəvi xarakter daşıyır və növbəti günlərdə futbol və voleybol yarışlarının keçirilməsi nəzərdə tutulur.










Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.