Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qərbi Kaspi Universitetinin tələbələri “NərəMİZ” balıqyetişdirmə zavodunda təcrübə keçiblər

Qərbi Kaspi Universitetinin tələbələri “NərəMİZ” balıqyetişdirmə zavodunda təcrübə keçiblər

Qərbi Kaspi Universitetinin tələbələri “NərəMİZ” balıqyetişdirmə zavodunda təcrübə keçiblər
2025-12-20 , 15:14

Qərbi Kaspi Universitetinin tələbələri Bakı şəhərinin Pirallahı qəsəbəsində yerləşən  “Nərəkənd” balıqyetişdirmə kompleksi layihəsi çərçivəsində yaradılmış “NərəMİZ” balıqyetişdirmə zavodunda təcrübə keçiblər.

Məqsəd tələbələrin nərə balıqlarının yetişdirilməsi, emalı və hazır məhsula çevrilməsi mərhələləri ilə əyani şəkildə tanış olmaları, nəzəri biliklərini real istehsal mühitində möhkəmləndirmələridir.
Zavodda tələbələr nərə balıqlarının bioloji xüsusiyyətləri, yemləmə və saxlanma şəraiti, istehsalda tətbiq olunan müasir texnologiyalar, eləcə də keyfiyyətə nəzarət və mikrobioloji təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat əldə ediblər. Zavodun rəhbərliyi və mütəxəssisləri istehsal texnologiyaları, laborator nəzarət mərhələləri və məhsul təhlükəsizliyinin təmin olunması mexanizmlərini geniş şəkildə izah edərək tələbələrin suallarını cavablandırıblar.
Bu təşəbbüs Qərbi Kaspi Universitetinin tələbələrinin ixtisas biliklərinin praktik tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
Təbiət Elmləri kafedrasının təşkilatçılığı ilə baş tutub.










Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.