Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Lukaşenko MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək

Lukaşenko MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək

Lukaşenko MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək
2025-12-21 , 14:53

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfər edəcək.

Bu barədə BelTA məlumat yayıb.
Məlumata görə, Belarus lideri səfər çərçivəsində Avrasiya İqtisadi Birliyinin Ali Avrasiya İqtisadi Şurasının iclasında, eləcə də MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək. Səfər zamanı Vladimir Putinlə görüş də planlaşdırılıb.
Agentliyin məlumatına əsasən, MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündə inteqrasiya əməkdaşlığının perspektivləri qiymətləndiriləcək və başa çatan ilin yekunları müzakirə olunacaq.
Qeyd olunur ki, Ali Avrasiya İqtisadi Şurasının iclası məhdud və geniş tərkibdə keçiriləcək. Gündəlikdə təxminən 20 məsələ yer alır. Dövlət başçıları gələn il üçün beynəlxalq fəaliyyətin əsas istiqamətlərini, ümumi neft və neft məhsulları bazarlarının formalaşdırılmasını, eləcə də Aİİ-nin əsas tərəfdaşları ilə ticarət-iqtisadi əməkdaşlığın inkişafına dair yanaşmaları müzakirə edəcəklər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.