Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Vüqar Qurbanovun vəzifə verdiyi xanım Aslan Aslanovun bacısı qızı imiş

Vüqar Qurbanovun vəzifə verdiyi xanım Aslan Aslanovun bacısı qızı imiş

Vüqar Qurbanovun vəzifə verdiyi xanım Aslan Aslanovun bacısı qızı imiş
2025-12-25 , 07:31

Vəfa Oruc qızı Hüseynzadə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Nizami Tibb Mərkəzinə direktor təyin edilib. Pravda.az "Unikal"a istinadla xəbər verir ki, V.Hüseynzadə Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun bacısı qızıdır.

 
Qeyd edək ki, A.Aslanov 2005-ci ildə Şəmkirin icra başçısı vəzifəsindən azad edildikdən sonra kənd təsərrüfatı nazirinin birinci müavini təyin edilib və 2013-cü ilədək bu vəzifədə çalışıb. A.Aslanov 2018-ci ildə dünyasını dəyişib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.