AZAL təyyarəsinin qəzaya uğramasından bir il ötür
Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür.
Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş ilkin hesabatda aşağıdakı faktlar təsdiqlənib:
Dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış və “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190-100 IGW” tipli sərnişin təyyarəsi Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə müntəzəm J2-8243 reysini yerinə yetirərkən uçuşun başlanğıcından Qroznıya qədər marşrut hissəsində tam uçuşa yararlı vəziyyətdə olmuşdur. Hava gəmisinin uçuşa yararlılığına dair bu məlumatlar, o cümlədən idarəetmə sistemlərinin işi FDR məlumatları ilə təsdiqlənmişdir;
Qəza anınadək təyyarənin hər iki mühərriki texniki problem olmadan işləyib. Bu məlumat da FDR məlumatları ilə təsdiqlənir;
Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş zamanı təyyarə GPS siqnallarını itirmişdir;
Qroznı üzərində əlverişsiz hava şəraiti səbəbindən təyyarə ikinci dəfə eniş edə bilməmiş, bundan sonra kapitan Bakıya qayıtmaq barədə qərar qəbul etmişdir. Bu qərarın qəbulundan sonra Qroznı üzərində CVR-də 24 saniyə fasilə ilə iki xarici səs qeydə alınmışdır;
CVR və FDR məlumatlarının müqayisəsi göstərmişdir ki, birinci xarici səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra isə 2-ci hidravlik sistem sıradan çıxmışdır;
Foto və video qeydlərlə təsdiqlənmiş, füzelyajda çoxsaylı zədələnmələr aşkar edilmişdir. Bu zədələnmələr füzelyajın arxa hissəsində, əsasən şaquli və üfüqi stabilizatorlarda, eləcə də sol qanadda və sol mühərrikdə müşahidə olunmuşdur;
Təqdim edilən məlumata görə, hava gəmisinin füzelyajında aşkar edilmiş zədələnmələr xarici obyektlərin təsiri nəticəsində yaranmışdır. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasını göstərən hər hansı fakt barədə məlumat yoxdur;
Füzelyajın zədələnmələrində aşkar edilmiş, hava gəmisinə aid olmayan yad obyektlər çıxarılmış, onların fotoşəkilləri ilkin hesabatın mətnində ictimaiyyətə təqdim edilmişdir. Aşkar edilmiş yad obyektlərin mənsubiyyətinin dəqiq müəyyənləşdirilməsi üçün gələcəkdə əlavə ekspertizaların aparılması planlaşdırılır;
Saat 05:13:32-də hava gəmisində əsas idarəetmə sistemləri sıradan çıxmış, saat 05:21:42-də qarşılıqlı əlaqə üzrə dispetçer Qroznıya “Kover” əməliyyatının aparılması barədə məlumat vermişdir;
Oksigen balonunun partlaması faktını əks etdirən heç bir məlumat göstərilməmişdir.
ICAO-nun Çikaqo Konvensiyasının tələblərinə uyğun olaraq, ilkin hesabatdan sonra hadisə tarixindən etibarən bir il ərzində qəzanın səbəbləri barədə yekun hesabat hazırlanmalıdır.
Həmçinin qeyd edək ki, 29 dekabr 2024-cü il tarixində Prezident İlham Əliyev aviasiya qəzasında həlak olmuş ekipaj üzvləri – Kşnyakin İqor İvanoviçə, Kalyaninov Aleksandr Georgiyeviçə, Əliyeva Okümə Cəlil qızına Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması zamanı xidməti vəzifələrin icrası və sərnişinlərin həyatının xilas edilməsi zamanı göstərdikləri yüksək peşəkarlıq, cəsarət və fədakarlığa görə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsi barədə sərəncam imzalamışdır.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Prezident hərbçiləri təltif etdi – Sərəncam
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Azərbaycanın Milli Qəhrəmanı İqor Kşnyakinin doğum günüdür
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55