Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakıdan uçan təyyarə Moskvaya enə bilmədi

Bakıdan uçan təyyarə Moskvaya enə bilmədi

Bakıdan uçan təyyarə Moskvaya enə bilmədi
2025-12-28 , 11:10

27 dekabr axşamı Bakıdan Moskvaya yola düşən “Aeroflot” aviaşirkətinə məxsus sərnişin təyyarəsi paytaxt hava limanlarından birinə eniş edə bilməyib və məcburi qaydada Sankt-Peterburq hava limanına yönləndirilib.

Yenilik.az Musavat.com-a istinadən xəbər verir ki, reys Bakıdan saat 19:55-də havaya qalxıb, lakin Moskvada yaranmış mürəkkəb şərait səbəbindən uçuş planı dəyişdirilib.

Azərbaycan mediasının məlumatına görə, hazırda həmin reysin sərnişinləri Sankt-Peterburq hava limanında saxlanılır və Moskvaya növbəti reysə köçürülməni gözləyirlər. Bildirilir ki, vəziyyət təkcə bu reyslə məhdudlaşmır.

Qeyd olunur ki, gün ərzində Moskvanın əsas hava limanlarında - Şeremetyevo, Domodedovo və Vnukovoda onlarla reys gecikdirilib və ya ləğv edilib. Mövcud durumun kütləvi xarakter daşıdığı vurğulanır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.