Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İsmayıl Vəliyev azadlığa buraxıldı

İsmayıl Vəliyev azadlığa buraxıldı

İsmayıl Vəliyev azadlığa buraxıldı
2025-12-30 , 17:29

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev azadlığa buraxılıb.


Yenilik.az -ın “Qafqazinfo”ya istinadən məlumatına görə, amnistiya aktı ona da şamil edilib.

İ.Vəliyev saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Xatırladaq ki, eks-icra başçısı külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 6 il 2 ay azadlıqdan məhrum edilmişdi. Onun çəkilməmiş 4 ay cəza müddəti qalmışdı.

Bir neçə gün əvvəl hazırladığımız yazımızda həbsdəki icra başçılarından yalnız İ.Vəliyevin amnistiyaya düşə biləcəyini bildirmişdik.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.