Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sumqayıtda TƏHLÜKƏ - Qaz borusunu skoçlayıb getdilər

Sumqayıtda TƏHLÜKƏ - Qaz borusunu skoçlayıb getdilər

Sumqayıtda TƏHLÜKƏ - Qaz borusunu skoçlayıb getdilər
2025-12-31 , 08:26

Sumqayıtda qaz borusu "unikal" üsulla təmir edilib.

Sumqayit24.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Videonu çəkən vətəndaşın iddiasına görə, ana xəttdən çıxan qaz borusu zədələnib. Lakin aidiyyəti qurumun əməkdaşları onu lazımi qaydada təmir etmək və ya əvəzləmək yerinə sadəcə skoçla bərkidib gediblər. 

Sözügedən vəziyyət təhlükəsizlik baxımından ciddi risk yaratdığı üçün sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.

Məsələ ilə bağlı aidiyyəti qurumun mövqeyi hələlik açıqlanmayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.