Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı

Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı

Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı
2026-01-05 , 17:14

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi Zahid Məmmədov işdən çıxarılıb. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov əmr imzalayıb.

 
Digər əmrlə adıçəkilən qurumun rəisi vəzifəsinə Zaur Mirzəzadə təyinat alıb.
 
Xatırladaq ki, BŞİH başçısı Eldar Əzizov bir müddət əvvəl müşavirə zamanı Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin sabiq rəisi Fəqan Məlikova ciddi iradlarını bildirmişdi. Bundan bir neçə gün sonra F.Məlikov nöqsanlara görə vəzifəsindən azad edilib. Noyabr ayında isə onun yerinə Zahid Məmmədov təyin olunmuşdu.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.