Ramiz Mehdiyevin kürəkəninin adı iki azyaşlı qızın oğurlanması cinayətində hallanır
“Mənim iki azyaşlı qızımın qanının batmasına imkan verməyin. Hamı bilir ki, qızlarımın oğurlanması və bu günə qədər cinayətin üstünün açılmaması birbaşa Ramiz Mehdiyevin adı ilə bağlıdır”.

O bildirib ki, övladları – 15 yaşlı Nailə və 8 yaşlı Reyhanə Məcidovalar oğurlandıqdan sonra baş verən hadisələr bu cinayətin Ramiz Mehdiyevlə əlaqəli olduğunu açıq şəkildə ortaya qoyur:
“Təvəkkül İsmayılov məhkəmədə açıq dedi ki, uşaqları rəisin müavini Məmmədmusaya təhvil verib. Lakin Ağır Cinayətlər Məhkəməsinin (indiki Bakı Ağır Cinayətlər Məhkəməsi – red.) hakimi Əhməd Quliyev Məmmədmusanı sona qədər müdafiə etdi, onunla bağlı araşdırma aparılmasına imkan vermədi.

Əhməd Quliyev
Qapımıza gətirib qoyduqları meyitin ekspertizasını guya Rusiyada keçirmişdilər. Biz meyitə baxış keçirdik və dedik ki, bu, bizim övladımızın meyiti deyil. Meyiti özləri aparıb dəfn etdilər. Ekspertiza rəyində Rusiyadakı ekspertiza bürosunun telefon nömrəsi göstərilmişdi. Həmin nömrəyə zəng etdim, dedilər ki, belə bir rəy verməyiblər. Bundan sonra Rusiyada yaşayan qohumumu həmin ekspertiza bürosuna göndərdim. Ona bildiriblər ki, meyitdən nümunələr götürüb ekspertiza edə bilərlər, bunun üçün 3 min dollar tələb ediblər. Mən isə qapımıza qoyulmuş, sonradan aparılıb dəfn edilmiş meyitin ekshumasiyası üçün vəsatət qaldırdım. Vəsatətim təmin edilmədi. Bütün bunlar cinayətin izlərinin ört-basdır edilməsi idi. Bu addımları o dövrdə kim ata bilərdi? Ramiz Mehdiyev və onun kürəkəni İlham Şabranın Kilvar kəndindəki imarətlərinə düz bizim kəndin ortasından gedib-gəlirdilər. Qızlarım oğurlandıqdan sonra onların Şabran Rayon Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVAQ) şöbəsindəki sənədləri də yerli-dibli yoxa çıxıb. Bunu kim edə bilərdi?”
Zamir Məcidov qızlarının oğurlanması və onların izlərinin itirilməsi faktlarının Ramiz Mehdiyevin cinayət işi çərçivəsində araşdırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə rəsmi müraciət edib.
Şabranda müəmmalı itkinlər zənciri
Son 20 ildə Şabran rayonunun dağ kəndləri olan Dağbilici və Qələgahdan ardıcıl şəkildə müəmmalı itkin xəbərləri yayılıb. Bu iki kənddən dörd nəfər – iki azyaşlı qız, bir qadın və bir ailə başçısı izsiz-soraqsız yoxa çıxıb.
Maraqlıdır ki, itkin düşən şəxslərin hamısının Şabran Rayon Qeydiyyat Şöbəsindəki sənədləri də sonradan yoxa çıxıb. 2005-ci ilin mayında Dağbilici kəndində ilk qorxunc itkin hadisəsi baş verir. Kənd sakini, 35 yaşlı Diləfruz Daşdıyeva axşamçağı həyətdə çörək bişirərkən yoxa çıxır.

Ailə və kənd sakinləri onu axtarsa da, heç bir iz tapılmır. Polisə müraciət edilir, lakin istintaq real nəticə vermir. Həmin dövrdə Şabran Rayon Polis Şöbəsinin rəis müavini olan Məmmədmusa Hüseynov Diləfruzun anası Hürü Daşdıyevaya qızının guya Qələgah kənd sakini, çoban Təvəkkül İsmayılov tərəfindən evlənmək məqsədilə qaçırıldığını deyir. Ancaq Çiçi kəndinə gedən ana bunun yalan olduğunu öyrənir. Daha sonra Məmmədmusa Hüseynov Daşdıyevlərin evinə gələrək Diləfruzun pasportunu və fotolarını götürür, sonradan isə sənədlərin cırılıb atıldığını bildirir.
İki azyaşlı qızın oğurlanması və dəhşətli etiraflar
2007-ci ilin avqustunda Dağbilici kəndi daha ağır cinayət xəbəri ilə sarsılır. Zamir Məcidovun iki azyaşlı qızı – Nailə və Reyhanə böyürtkən yığmağa gedir və bir daha geri qayıtmır. Şahid ifadələri və istintaq materiallarına görə, qızlar Ənvər Müslümovun çobanı Təvəkkül İsmayılov tərəfindən oğurlanıb.

Təvəkkül İsmayılov sonradan istintaqda və məhkəmədə etiraf edərək Məcidova bacılarını və Diləfruz Daşdıyevanı Məmmədmusa Hüseynova təhvil verdiyini bildirib. Buna baxmayaraq, Məmmədmusa Hüseynov istintaqa cəlb olunmur.
Hakim Əhməd Quliyev zərərçəkənlərin bütün vəsatətlərini əsaslandırmadan rədd edir. Nəticədə Təvəkkül İsmayılov ömürlük həbs cəzası alır, digərləri isə yüngül cəzalarla azadlığa buraxılır.
Şahidlərin və əsas fiqurların müəmmalı ölümü və itkin düşməsi
Qızların oğurlanmasının əsas şahidi olan Qələgah sakini Rahib Qəniyev sonradan kənd ərazisində göldə boğularaq ölür. İstintaq ölümün kriminal olmadığını iddia etsə də, ictimai şübhələr qalır. 2023-cü ildə isə vaxtilə bu işdə adı keçən ferma sahibi Ənvər Müslümov izsiz-soraqsız yoxa çıxır. Onun itkin düşməsi ilə bağlı CM-in 125-ci maddəsi ilə cinayət işi açılsa da, bu qərarın nəyə əsaslandığı bilinmir.

Zamir Məcidov hesab edir ki, bütün bu cinayətlərin arxasında güclü və toxunulmaz bir şəbəkə dayanır.
O, Musavat.com-a bildirib ki, qızlarının oğurlanması Ramiz Mehdiyevin nəvəsinin səhhətində yaranmış ciddi problemlərlə eyni dövrə təsadüf edib və bunun təsadüf olmadığını düşünür.
“İllərdir gözümüz qapıdadır. Qızlarımızdan bir soraq gözləyirik”, – deyə Zamir Məcidov deyib.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Siyahı
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR
Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55