Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Müğənnidən deputatın qardaşı oğlunun Dubaydakı dəbdəbəli toyu barədə AÇIQLAMA

Müğənnidən deputatın qardaşı oğlunun Dubaydakı dəbdəbəli toyu barədə AÇIQLAMA

Müğənnidən deputatın qardaşı oğlunun Dubaydakı dəbdəbəli toyu barədə AÇIQLAMA
2026-01-07 , 13:17

Müğənni Ayaz Babayevin millət vəkili Razi Nurullayevin qardaşı oğlunun Dubayda baş tutan dəbdəbəli toyunda ifa etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib. 


Müğənninin qardaşı Əli Babayev Demokrat.az-a açıqlamasında bildirib ki, Ayaz Babayev həmin toyda iştirak etməyib:



Onun sözlərinə görə, müğənninin qatıldığı toy sözügedən dəbdəbəli tədbir olmayıb:

“Bu iki toyun bir-biri ilə heç bir əlaqəsi yoxdur. Müğənni həmin dəbdəbəli toya ümumiyyətlə dəvət almayıb. Bir sözlə, Ayaz Babayev ötən gün Dubayda dəbdəbəli baş tutan toyda iştirak etməyib”.

Xatırladaq ki, bir neçə gün öncə Milli Məclisin deputat Razi Nurullayevin qardaşı Hasil Nurullayevin oğluna Dubaydakı dəbdəbəli toy mərasimi təşkil etməsi gündəm yaradıb. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.