Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sumqayıtda sürücüləri təngə gətirən "tələ"

Sumqayıtda sürücüləri təngə gətirən "tələ"

Sumqayıtda sürücüləri təngə gətirən
2026-01-11 , 13:27

Sumqayıt şəhərinin "Mero" kimi tanınan ərazisinə gedən yolun vəziyyəti narazılıqlara səbəb olub.

Sumqayit24.az-a müraciət edən yerli sakinlər bildiriblər ki, bir müddət əvvəl yolda asfaltlanma işləri həyata keçirilib. Amma sonradan qazıntı işləri aparılıb və asfalt örtüyü düzgün bərpa edilməyib.Belə ki, son işlərdən sonra yolun ortasında çuxura bənzər çöküntü yaranıb. Bu isə ərazidə hərəkət edən avtomobillərə çətinlik yaradır.

Sakinlər qeyd edirlər ki, bu vəziyyət xüsusilə gecə saatlarında təhlükəlidir, çünki çöküntünü görmək çətin olur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.