Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sumqayıtın qəza, ölüm riski yaradan yolu

Sumqayıtın qəza, ölüm riski yaradan yolu

Sumqayıtın qəza, ölüm riski yaradan yolu
2026-01-14 , 13:27

Bakı–Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində piyada keçidlərinin olmaması sakinlərin ciddi narazılığına səbəb olub.

Sumqayit24.az-a daxil olan məlumata görə, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində piyadalar üçün nəzərdə tutulan keçidlərin olmaması vətəndaşların gündəlik hərəkətini xeyli çətinləşdirir. Bundan əlavə, sözügedən yerdə işıq dirəkləri olsa da, işıqlandırma yoxdur.
"Yolu keçmək üçün arakəsmələrin arasından istifadə etməyə məcbur qalırıq. İşıqlandırmanın olmaması isə xüsusilə axşam və gecə saatlarında piyadaların həyatını daha da təhlükə altına qoyur. Bir sözlə, bu vəziyyət həm piyadalar, həm də sürücülər üçün ciddi risklər yaradır və qəza ehtimalını artırır", - deyə şikayətçi bildirib.
Vətəndaşlar aidiyyəti qurumlardan problemlərin tezliklə aradan qaldırılmasını tələb edirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.