Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Murad Dadaşov məni bəyənmirsə heçnə itirmirəm - VIDEO

Murad Dadaşov məni bəyənmirsə heçnə itirmirəm - VIDEO

Murad Dadaşov məni bəyənmirsə heçnə itirmirəm - VIDEO
2026-01-14 , 16:37

“Mənə dedilər ki, səni dilçilər, televiziya tənqidçiləri bəyənir. Ən yüksək səviyyədə bəyənilən aparıcısan. Diksiyana, danışıq tərzinə görə. Necə olur ki, Murad Dadaşov səni bəyənmir? Dedim ki, hamı-hamını bəyənmək zorunda deyil. Məni Murad Dadşov bəyənməyəndə heç nə itirmirəm, amma Qulu Məhərrəmli, Etibar Babayev bəyənməyəndə, çox şey itirirəm”.


Bakupost.az xəbər verir ki, bu sözləri aparıcı Səidə Bəkirqızı aparıcısı olduğu “Bax Da” verilişində deyib.

Aparıcının bu çıxışını radio aparıcısı, bədii-qiraətçi Kəmalə Onur tənqid edib.

O, Səidə Bəkirqızının çıxışını sosial media hesabında paylaşaraq yazıb:

“Videonu Səidə xanıma bu sözləri deyənlər üçün paylaşıram. “Diksiyava” yox, “diksiyana”, “danışıq tərzivə” yox, “danışıq tərzinə”, “zorunda deyil” yox, “məcburiyyətində deyil” demək lazımdır. Bu hələ cəmi 16 saniyədə baş verənlərdir. Təşəkkür”.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.