Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanda vəkillərin sayı açıqlandı

Azərbaycanda vəkillərin sayı açıqlandı

Azərbaycanda vəkillərin sayı açıqlandı
2026-01-19 , 14:54

Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı açıqlanıb.

Yenilik.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2025-ci il üzrə fəaliyyəti ilə bağlı hesabatında qeyd olunub.
Bildirilib ki, 2025-ci ildə vəkillərin ümumi sayı artaraq 2 836 nəfərə çatıb.
Hazırda fəaliyyət göstərən 2 836 vəkildən 2 203 nəfəri (77,68%) kişi, 633 nəfəri (22,32%) qadındır. Onlardan 2 314 nəfəri (81,59%) Bakıda, 522 nəfəri (18,41%) isə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. Bu göstəricilər vəkillik institutunun inkişaf dinamikasının davamlı xarakter daşıdığını təsdiqləyir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.